Gündəm

Təhsil Nazirliyi rüşvətxorluğla qapı açır: - “Hesabı qoyur və “bu qədər gətirməlisən” deyir”

İyunun 24-dən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu Regional təhsil idarəsinə təqdim edə bilərlər. Şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə Regional təhsil idarələri tərəfindən həyata keçiriləcək. Ötən il üzrə direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış namizədlər müvafiq prosesdə yalnız müsahibə mərhələsində iştirak edəcəklər.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə qəbulun Regional təhsil idarələri tərəfindən həyata keçirilməsi birmənalı qarşılanmır. Həmin müsabiqələrin problemlərə yol açacağı vurğulanır.

Direktor vəzifəsinin Regional təhsil idarələri tərəfindən həyata keçirilməsi nə dərəcədə doğrudur? Dia.az-ın məlumatına görə, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirdi ki, ötən dövr ərzində və Təhsil Nazirliyinin bu əmri də tələsik qəbul olunub:

“Bu, bir daha göstərdi ki, Təhsil Nazirliyi və orada oturan şəxslər ölkədə kadr seçimi aparmaq gücündə, bacarığında deyil. Azərbaycan kiçik bir ölkədir və burada gənc-yaşlı müəllimlər, kənd-şəhər müəllimləri, 150-yə, yaxud 500 nəfərlik olan məktəblər şəklində müsabiqə aparılmamalıdır. Keçən ildən direktorların işə qəbul qaydalarından sonra Təhsil Nazirliyi etiraf etməli idi ki, bu işi bacarmır. Ötən il bundan da eybəcər qaydalar elan olundu. Belə ki, 36-dan yuxarı bal toplayanlar şagird sayı 1000 nəfərdən artıq olan, 30-dan 36-ya qədər toplayanlar 500-1000, 26-30 bal toplayanlar 100-500 nəfərlik məktəbə iddia etdilər. Beləliklə, o imtahanı keçirə bilmədilər. Builki qərarda da göstərir ki, ötən il üzrə direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplayanlar, müsahibə mərhələsində iştirak edəcəklər. Əvvəla o insan keçən il oxumuşdu, imtahandan keçmişdi. Nəyə görə onun biliklərini bu il yoxlamırsan? Bu, elə işdir ki, məktəb direktoru öyrəndiyi qanunvericilik ona hər il, hər gün lazımdır. Onu bir dəfə oxuyubsa, neçə il sonra müsahibəyə girə bilərmi? Bütün atılan addımlar bir daha onu göstərir ki, hazırda Təhsil Nazirliyi ümumtəhsil məktəblərin rəhbər təyinatının öhdəsindən gələ bilmir. Bu da onların təhsillə bağlı olmamasından irəli gəlir. Məktəb şirkət, müəssisə, hansısa filial, sex, sənətkarlıq emalatxanası deyil. Məktəb təlim-tərbiyə müəssisəsidir. Məktəb direktorunun təyinatını iki il gecikdirməklə olmur. Ötənilki, özlərinin də yerinə yetirə bilmədikləri gülünc qaydaları bu il bir də veriblər. 150 nəfərə qədər olan məktəbləri Regional təhsil idarələrinə veriblər. Hansı kriteriyalara əsasən direktor təyin edəcəklər? Hazırkı vəziyyətdə elə Regional təhsil idarələri var ki, gedən kimi hesabı qoyur və “bu qədər gətirməlisən” deyir. Aralarında yaxşıları da var. Birbaşa nazirin özünün ətrafından olan insanlar var ki, Region təhsil idarəsinə rəhbər təyin olunublar, gedən kimi nəyin nə qədər veriləcəyi ilə bağlı elanlar, absurd qərarlar, əmrlər verirlər. Hansı ki, bu. əmək qanunvericiliyinə konkret olaraq ziddir”.

Ekspert deyir ki, direktor müavinləri belə, imtahanla qəbul edilməlidir:

“Günün tələbi odur ki, istər təhsil, istər əmək qanunvericiliyini bilməyən şəxs rəhbər vəzifədə işləyə bilməz. Regional təhsil idarələri hansı kriteriyalar əsasında məktəb direktorlarını işə götürəcək? Bu konkret rüşvətə, neqativ hallara yol açmaqdır. Ölkədə 700-dən artıq direktor vəzifəsi vakantdır. Təhsil Nazirliyinin ingilis, fransız, ispan, Banqladeş dilini bilən bu qədər kadrları var və onlar idarəetməni xarici dil bilmək hesab edirlər. Necə olur ki, 700 nəfər məktəb direktorunun təyinatını illərlə yubadırlar və bir insanı da normal keçirə bilmirlər? Yenə də kateqoriyalara bölürlər. Bəs 500-1000 nəfərlik məktəblərlə bağlı niyə heç nə demirlər? Kifayət qədər məktəblərimiz var ki, rəhbər yeri vakantdır. Təhsil Nazirliyinin son fəaliyyəti konkret təhsildə 2013-2016-cı ilə qədər rüşvətxorluğun qarşısını almaq üçün atılmış addımları tamamilə aradan qaldırmaq, konkret olaraq subyektiv fikirlər əsasında kadrların təyin olunmasıdır və sonda da təhsildə kütləvi rüşvətxorluğa gətirib çıxarır. Bu da özlüyündə sosial narazılığı artırır. Fikrimcə, bu düşünülmüş addımdır. Ölkədə qarışıqlıq yaratmaq, təhsil işçilərini hökumətə qarşı qızışdırmaq məqsədi daşıyır. Təbii ki, indiki halda ayrı-ayrı fondların, təşkilatların maliyyəsi ilə təhsil alıb gəlib ölkədə, o cümlədən Təhsil Nazirliyində rəhbər vəzifədə çalışanların marağında deyil ki, ölkədə sabitlik olsun, təhsil inkişaf etsin. Bu qərar bir daha onu göstərir ki, Təhsil Nazirliyində oturan şəxslər Azərbaycan təhsilini idarə etmək iqtidarında deyil. Allah bunun pisindən qorusun”.

Son xəbərlər

İlham Əliyev TDT-nin dövlət və hökumət başçılarını COP29-a dəvət etdi

Gələn il Laçın Beynəlxalq Hava Limanı istismara veriləcək

Deputatlığa iddialılar sırasında Eldar Mahmudova bağlı iş adamı: Elxan Bəşirovun Lerik planları davam edir

163 milyon manatlıq dərman tenderlərinin - 100 MİLYONU 2 ŞİRKƏTƏ VERİLİB

Şuşada Qarabağ Bəyannaməsi imzalanıb

"Koroğlu" - Buzovna avtobusunun sürücüsü sərnişinlərdən niyə artıq pul istəyir?

Beynəlxalq Bankın xəritəsində Qarabağda yer adları niyə erməni dilində yazılıb? – Foto

Daha bir partiya seçki qərarını açıqladı

Rüfət Hacıyevin məhkəməsi başladı – TƏFƏRRÜAT

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İsti hansı insanlar üçün xüsusilə təhlükəlidir? - Alim açıqladı

DİQQƏT! “CF Kristal” kolbasasında zərərli maddələr var – FAKT

DİQQƏT! “CF Kristal” kolbasasında zərərli maddələr var – FAKT

Ramil Həsən yenidən deputat olacaqmı? – Qalmaqal

"Azərbaycan davamlı sülhdə ən maraqlı tərəfdir" - Nazir

Naxçıvan Futbol Federasiyasına yeni sədr seçildi

Bu məktəbdə qanun pozuntuları aşkarlandı, direktor işdən çıxarıldı

AAYDA-nın “köklü”ləri savaşır… – Saleh Məmmədov qazanacaq, yoxsa Əvəz Qocayev?

İlham Əliyev Pezeşkianı Azərbaycana səfərə dəvət etdi

Saleh Məmmədovun təyin etdiyi rəisə cinayət işi açıla bilər - 4 milyonluq borc

Sabahdan Məhərrəm ayı başlayır

NiZAMi DOKTORUN “BUNKER KLiNiKASI” BiNA SAKiNLƏRiNi AYAĞA QALDIRDI

Qubanın icra başçısı İlqar Mahmudovun Sertifikasiya “TƏLƏSİ” – Prezidentə müraciət olundu

İngiltərə İsveçrəyə, Türkiyə Niderlanda qarşı

İlham Əliyev Böyük Britaniyanın yeni baş nazirini təbrik edib

Nazir XİN başçılarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb

"Merihə qarşı cəza ədalətsizdir, Türkiyə millisinə qələbə arzu edirəm" - Prezident

Kərəm Mustafayev işdən çıxarıldı - Yerinə o təyin olundu

Şuşada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Qəzzada ölənlərin sayı 38 mini ÖTÜB

Məsud Pezeşkian İranın yeni prezidenti seçildi

Şirkət rəhbərləri dövlət büdcəsindən ayrılan pulları mənimsəyiblər - İTTİHAM

Bütün xəbərlər