Gündəm

Baş Prokurorluq, DİN və DTX birgə ƏMƏLİYYAT KEÇİRDİ

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi  və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində istintaq-əməliyyat tədbirlərinin davam etdirilməsi nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş növbəti ağır cinayətin üstü açılmışdır.

"MUMtv.az"a daxil olanməlumatda bildirilir ki, 2010-cu il noyabrın 18-də paytaxt sakini Qürbət Abzərovun kəllə-beyin travması diaqnozu ilə daxil olduğu xəstəxanada 8 gün sonra ölməsi faktına görə  Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır. Lakin sonradan cinayət işi təkrar öyrənilməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunmuşdur. Aparılmış istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, 1964-cü il təvəllüdlü Telman Məcidov cəzaçəkmə müəssisəsində olarkən, onunla eyni vaxtda cəza çəkən 1969-cu il təvəllüdlü Qürbət Abzərovun,  onun  ailə üzvləri barəsində təhqiredici ifadələrə yol verdiyinə görə  cəzasını çəkib qurtardıqdan sonra 18 noyabr 2010-cu il tarixdə qisas almaq məqsədilə sonuncu ilə görüşərkən aralarında yaranmış mübahisənin gedişində   gəzdirdiyi dəmir çəliklə  qəsdən bir dəfə baş nahiyəsinə zərbə vuraraq  sağlamlığına ağır zərərvurmaya aid xəsarət yetirmiş, qeyd olunan xəsarətin təsirindən  Qürbət Abzərov müalicə olunduğu xəstəxanada ölmüşdür. Toplanmış mötəbər sübutlar əsasında Telman Məcidova Cinayət Məcəlləsinin 126.3-cü (zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda  cinayət işi üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir. Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılır.

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər