Gündəm

Memarlıq və İnşaat Universitetində ŞÜBHƏLİ SEÇKİ MEYARLARI... - Son sözü rektor deyir...

MUMtv.az: - Bu gün ölkənin xüsusilə elm və təhsil ictimaiyyəti tərəfindən tez-tez müzakirə edilən və narazılıqla müşayət olunan mövzulardan biri də ali məktəblərdə kafedra müdiri və dekan vəzifələrinin kimlər tərəfindən tutulmasıdır.
Məlum olduğu kimi, ölkəmizdə 2017-ci ildən “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” qüvvəyə minib. Təhsil Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə təsdiqlənən bu Qaydalara əsasən ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini kimi vəzifələrdə çalışmaq istəyən şəxslərin qarşısında konkret tələblər qoyulur. Əlbəttə ki, son nəticədə hər bir universitetdə qeyd olunan vəzifələrin tutulması seçkilər yolu ilə baş verəcək. Lakin bu seçkilərə öz namizədliklərini irəli sürən şəxslər ilk növbədə məhz qaydalarda qeyd olunan tələblərə cavab verməlidirlər.

Qaydalarda isə bildirilir ki, ali təhsil müəssisələrində kafedra müdiri vəzifəsinə seçkilərdə müvafiq kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcələrə, ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik Azərbaycan vətəndaşları, həmçinin mövcud qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər. Gəlin etiraf edək ki, irəli sürülən tələblər kifayət qədər sanballıdır və bu tələblərə cavab verən namizədlərin çalışdıqları müəssisələrdə həm elm, həm də təhsil sahəsinin inkişafına dəyərli töhfələr verəcəyini gözləmək olar. Amma təəssüflər olsun ki, bir çox hallarda bu tələblər sadəcə formal xarakter daşımaqla, universitetlərdə kafedra müdirlərinin seçkilərində heç bir real təsir qüvvəsinə malik olmurlar...

Məsələn, bizə daxil olan məlumatlarda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) kafedralarına rəhbərlik edən əksər şəxslərin TN tərəfindən təsdiq olunmuş Qaydaların tələblərinə qətiyyən cavab vermədikləri bildirilir. Mənbələr tərəfindən iddia olunur ki, AzMİU-nun bir sıra kafedra müdirləri indiyədək nə bir elmi-tədqiqat işinin, nə bir tədris-metodiki vasitənin, nə də bir dərs vəsaitinin müəllifi belə olmayıblar.Əlbəttə, bu vəziyyət qətiyyən sözügedən universitetin elmi potensialının digər universitetlərdən aşağı olmasına dəlalət eləmir. Əksinə, bu gün AzMİU-da çalışan bir çox müəllim-professor heyətinin yüksək peşəkarlığı, dərin elmi bilikləri və zəngin təcrübəsi universitetin elmi-tədris fəaliyyətini səmərəli şəkildə təşkil etməyə kifayət edər.

Sadəcə məsələ bundadır ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, Əməkdar memar Gülçöhrə Məmmədova nədənsə rəhbərlik etdiyi ali təhsil müəssisəsinin kafedra müdirlərində tamamilə fərqli kriteriləri qiymətləndirir. Etiraf edək ki, bu kriterilərin dəqiq hansılar olduğu barədə tam təsəvvürümüz də yoxdur. Bununla belə üstünlük verilən meyarların AzMİU-da nə tədrisin keyfiyyətinə, nə də aparılan elmi araşdırmaların effektivliyinə heç bir müsbət təsiri olmadığı göz qabağındadır.

Universitetdən daxil olan məlumatlarda isə bildirilir ki, bu ali təhsil müəssisəsinin rektoru tərəfindən AzMİU-nun həqiqi elm xadimlərinə qarşı sanki bir dözümsüzlük nümayiş etdirilir. İddia olunur ki, G.Məmmədova 40-50 yaş arasında olan savadlı kadrların kafedralara rəhbərlik etməsini sanki istəmir.Əslində bu gün AzMİU-da rektor G.Məmmədovaya yaxın olan,dost-tanış şəxslər də kafedralara rəhbərlik edir.Daha onlar o kafedralara hardan, necə seçilmələri müəmmalıdır.Alimliyi şübhə doğuran, heç bir pedaqoji təcrübəyə malik olmayan,elmi-tədqiqat işləri,tedris-metodiki vəsaitləri plagiat hesab edilən şəxslərin kafedralara rəhbərliyi haqlı şəkildə söz-söhbətə yol açır. AzMİU-nun timsalında bu kimi hallar universitetlərin elmi potensialına güclü ziyan vurur.

Kafedra müdiri olmaq üçün adı seçki olan,hər halda formal xarakter daşıyan belə hallara qarşı isə ciddi ölçü götürülməsinin vaxtıdır.
FAKTİNFO.AZ

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər