Gündəm

Ağcabədidə Təranə Məmmədova və Cəsur Paşayev kabusu dolaşır...VİDEO

MUMtv.az: - İndi haqqında bəhs edəcəyimiz Ağcabədi Rayon Mərkəzi Xəstəxanası haqqında, qısa məlumat vermək istəyirik.
Mərkəzi Xəstəxananın əsas binası 2013- cü ildə tikilmiş, hal-hazırda əhalinin istifadəsindədir.
Rayon Mərkəzi xəstəxanası 18 şöbədən ibarətdir.
1.Cərrahiyyə şöbəsi 40 çarpayılıq
2.Terapiya şöbəsi 40 çarpayılıq
3.Pediatriya şöbəsi 30 çarpayılıq
4.Lor şöbəsi 10 çarpayılıq
5.Mama-ginekoloji şöbə də 2 hissədən ibarətdir. Doğum şöbəsi 30, ginekoloji şöbə 10 çarpayılıqdır.
6.Onkoloji şöbə 10 çarpayılıq
7.Anesteziologiya-reanimasiya şöbəsi 15 çarpayılıq
8.Hemodializ şöbəsi 5 çarpayılıq
9.Yoluxucu xəsəliklər şöbəsi 15 çarpayılıq
10.Vərəm şöbəsi 15 çarpayılıq.
Özünüz də gördünüzmü, söhbət hansısa əyalət, ucqar kənd xəstənanasından deyil, müasir tələblərə cavab verən xəstəxanadan gedir. Və xəstəxananın hər bir işçisi dövlətdən əmək haqqı alır.
Ağcabədi rayon Mərkəzi xəstəxanası üzrə 125 nəfər həkim çalışır. 472 nəfər orta tibb işçisinin 17 nəfəri laborant, 62 nəfəri mama, 35 nəfəri feldşer, 1 nəfər diş texniki, 2 nəfəri əczaçı, 2 nəfəri rentgen texniki, 3 nəfəri anestezist, 350 nəfəri isə tibb bacısıdır.
Ötən yazımızda Agcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Təranə Məmmədova haqqında bir çox məlumatları oxucularımızın nəzərinə çatdırmışdıq. Hətta onu da bildirmişdik ki, Təranə Məmmədovanı bu işlərdə kim himayə edir. Bəli, həmin himayə olunan və himayə edən şəxslərin də himayə edənləri var imiş. Söhbət Agcabədi Rayon Səhiyyə İdarəsinin, yəni Təranə Məmmədovanın rəhbəri Paşayev Cəsur Əşrəf oğlundan gedir.
Cəsur Paşayev İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru olub. Saatlı və Sabirabad rayonlarında məlum pambıq zəhərlənmələri zamanı, xəstələri kütləvi şəkildə İmişli xəstəxanasına yerləşdirmişdilər. Həmin xəstələrdən dünyasını dəyişəndə olub, şəfa tapan da. Həmin vaxt çox çətin bir dövr olsa da, onda da Cəsur Paşayev vəzifəsinin öhdəsindən gələ bilməmişdir. Nədənsə hansısa sehrli əllər birdən-birə Cəsur Paşayevi, Ağcabədi Səhiyyə İdarəsinə direktor vəzifəzinə gətirdi. Hal-hazırda Cəsur Paşayevlə Təranə Məmmədova işlərini elə qurublar ki, "müəllifi" olduqları işlərin hamısı öz nəticəsini göstərir. Məlumatlı şəxslər onu da bildirirlər ki, son zamanlar Cəsur Paşayevlə, Təranə Məmmədovanın böyük bir problemi yaranıb. Böyük dərman maxinasiyası baş verib. Yüngül bir araşdırma hər iki həkimi həbsxanaya apara bilər.
Məlumatlı şəxs onu da bildirdi ki, deyəsən onların dərman problemlərindən yuxarının da xəbəri var. Amma Cəsur Paşayev Təranə Məmmədovaya bildirib ki, mənim bacanağım generaldır, Ədliyyə Nazirliyində işləyir. Mən ona xahiş edəcəm, bizə kömək etsin.
Biz bir araşdırmaçı jurnalist olaraq onu qeyd etmək istəyirik ki, edilən hər hansı bir qeyri qanuni əmələ görə cinayət məsuliyyəti nəzərdə tutulur. İstər Ədliyyə generalının bacanağı ol, istərsə də Mozanbikli qaçqının əmisi oğlu, hec fərqi yoxdur.
Elə həkimlər var ki, ankoloji olmayan xəstələrə rəy verirlər və onu əlil kimi təqaüdə çıxarırlar. Adını da qoyurlar sol süd vəzinin yuxarı bayır kvadratının bədxassəli törəməsi. Əldə etdiyimiz məlumatlardan bəlli olur ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında özbaşınalıqlar sərhəd tanımır.
Əmək Və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev bir tərəfdən əlillik dərəcələrini ləğv etsə də, o biri tərəfdən Təranə Məmmədova və Cəsur Paşayev kimilər siyahını daha da artırır.
Ötən yazımızda Təranə Məmmədovanın qeyri qanuni əməlləri haqqında məlumatlar vermişdik.
Məlumat üçün onu da qeyd edək ki, Təranə Məmmədova həm səhiyyənin direktor müavini, həm də və ƏN ƏSASI tibbi komissiyanın ( Tibbi-Sosial Elspert Komissiyası ) sədridir.
Yəni Təranə Məmmədova istəsə qələmi ilə sağlamı zəlil, əlili isə sağlam edə bilər.
Təsəvvür edirsiniz, Təranə Məmmədova sağlam şəxsləri guya Maştağada Ruhi Dispanserdə yatmaq, müalicə olunmaq adı ilə saxta yolla sənədləşdirir və sonra həmin şəxsi əlil adı ilə təqaüdə çıxardır. Və beləcə dövlət büdcəsinə yüz minlərlə ziyan vurur.
Kimin şübhəsi varsa, redaksiyamıza təqdim olunan siyahıya baxa bilər:
1. Qasımov Camal Tapdıq oğlu,
2. Kazımova Aidə Alış qızı,
3. Əliyev Əli Mirzə oğlu,
4. Ağayarov Ruslan Ziyadxan oğlu və s.
Bəli, bu yolla Baş həkim Təranə Məmmədova külli miqdarda pul qazanır, dövlət büdcəsini isə külli miqdarda ziyana salır. Axı biz yuxarıda qeyd etdik ki, Təranə Məmmədova ilə Cəsur Paşayev birləşərək çox dəhşətli işlərə imza atırlar.
Bir soruşan yoxdur ki, bu qadın kimdir ki, ölkə qanunlarını saymır, bu boyda cinayət əməllərinə yol verir.
Bəli, neçə illərdir Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə Nazirlikləri sövdələşərək minlərlə vətəndaşı saxta yolla təqaüdə çıxarıblar.
Bu dövlət büdcəsinə vurulan milyonlarla ziyan deməkdir.
Məhz bu səbəbdən sabiq “əmək naziri” vəzifəsindən azad edildi və üstəlik neçə ildir ki, həbsxana həyatı yaşayır.
Səhiyyə naziri Oqtay Şirəliyev isə vəzifəsindən çıxarılmaqla canını qurtara bildi.
Və yeni “əmək naziri” olan cənab Sahil Babayev isə Səlim Müslümovun səhvlərini düzəldərək “paçka-paçka” əlili əlillikdən məhrum edir və özünü Kürdəxanı türməsinin kameralarında yaşamağa hazırlayır.
Beləcə, bu dairə qapanmaq bilmir.
Elə bilirsiniz ki, ölkədə Təranə Məmmədova kimi baş həkimlər, Cəsur Paşayev kimi direktorlar birdi, ikidi...? İndi də Təranə Məmmədova təzə metod tapıb. Özündən yuxarılara razılıq məktubları gondərtdirir, özünü təriflədir, sanki səhiyyə sisteminin ən pak nümunəsidir. Amma Təranə Məmmədova və Cəsur Paşayev, inanırıq ki, sizin törətdikləriniz yaxın günlərdə Hüquq Mühafizə Orqanları tərəfindən araşdırılaraq öz hüquqi qiymətini alacaqdır. Nə qədər ki, gec deyil törətdiyiniz əməllərin siyahısını azaldın. Növbəti yazımızda Təranə Məmmədovanın və Cəsur Paşayevin özbaşınalıqlarının acı nəticələri yazısını dərc edəcəyik. Bizi izləyin.
gundelik baki.com
Məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!


Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər