Gündəm

AzMİU-nun müəllim Rəssamlıq Akademiyasının həqiqi üzvü seçildi - FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) baş müəllimi, İtaliya - Azərbaycan Dizayn Mərkəzinin direktoru, memarlıq üzrə fəlsəfə doktoru Fərid Kərimov UNESCO yanında təsis edilən “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib.

"MUMtv.az" xəbər verir k, Akademiyanın Bakı nümayindəliyində, Arif Aziz Art House sənət evində keçirilən təqdimat mərasimində qurumun üzvləri, ölkəmizin görkəmli elm və incəsənət xadimləri, AzMİU və ADMİU-nun müəllim-tələbə heyəti, İtaliya səfirliyinin əməkdaşları iştrak ediblər. Fərid Kərimovla yanaşı Xalq rəssamı, professor, heykəltaraş Natiq Əliyev də Akademiyaya üzv seçilib. Təqdimatda “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının prezidenti Anatoliy Silov, Bakı nümayindəliyinin müdiri, xalq rəssamı Arif Əziz, xalq rəssamı Xanlar Əhmədov, xalq rəssamı, professor Sakit Məmmədov, AzMİU-nun Memarlıq fakultəsinin dekanı, professor Zahidə Məmmədova, “Simurq” Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov yeni üzvləri təbrik ediblər. 

Məlumat üçün qeyd edək ki, 2008-ci ildə UNESCO yanında təsis edilən “Yeni era” Dünya Rəssamlıq Akademiyasının baş iqamətgahı Xorvatiyanın Split şəhərində yerləşir. 30 ölkənin üzv olduğu Akademiyanın fəaliyyət illəri ərzində Çin (Xarbin), Rusiya (Çeboksarı) və Azərbycanda (Bakı) filialları açılıb. Akademiya fərqli ölkələrin görkəmli incəsənət nümayəndələrini ümumi məqsədlərlə birləşdirərək, mədəniyyətlərarası mübadiləni gücləndirir, korporativ layihələr, beynəlxalq səgilərin təşkili, auksion evləri ilə əməkdaşlıq, gənc rəssamlara dəstək, mədəni irsin və bədii ənənələrin qorunması, elmi tədqiqatlar təcrübəsini gərcəkləşdirir. Hazırda Akademiyanın üzvlərinin sayı 60-dır. Sakit Məmmədov, Arif Əziz, Səmədağa Cəfərov, Xanlar Əhmədov, Eldar Qurbanov, Orxan Cəbrayıloğlu, Ülviyyə Həmzəyeva, Nağdəli Xəlilov, Marqarita Sokolova, Sevil Kərimova, Ənvər Qarayev Azərbaycan tərəfindən seçilən nümayindələrmizdir. Bakı filialının 2014-cu ildə “11” adlı kollektiv sərgisi Müasir İncəsənət Muzeyində, 2019-cu ildə “Bahar ilmələri” xalça və qobelen sərgisi, Muzey mərkəzində 100 rəssamın “Maestro and Masters” kollektiv sərgisi keçirilib. 

  • AzMİU-nun müəllim Rəssamlıq Akademiyasının həqiqi üzvü seçildi - FOTO

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər