Gündəm
Gündəm / Hadisə / Dünya
Rusiyada hərbi hissədə partlayış - 1 ölü, 8 yaralı
Rusiyanın Xabarovsk diyarının Amur rayonunda (Teysin kəndi) hərbi hissədə partlayış baş verib.
"MUMtv.az" xəbər verir ki, bu barədə TASS agentliyinin məlumatında deyilir.
Məlumata görə, partlayış nəticəsində 1 nəfər ölüb, 8 rusiyalı yaralanıb. O, əlavə edib ki, yaralılar Elban xəstəxanasına yerləşdirilib.
REN TV-nin məlumatına görə, hərbi hissədə döyüş sursatı boşaldılan zaman barıtın partlaması baş verib.