Gündəm

Təhsildə keyfiyyət...  Özü olmasa da adı  deyəsən  işə yarayır  - KAĞIZ  ÜZƏRİNDƏ

"DogruXeber.az" xəbər verir ki,, 11.05.2022-ci il tarixində "Dövlət Satınalma Portalı"nda "Təhsildə Keyfiyyət Təminatı Agentliyi" Publik Hüquqi Şəxsinin " "Baku Boulevard Hotel Company" MMC (VÖEN - 1402872891) və "Xəzər" firması (1400538281) ilə bağladığı tender müqavilələri yer alıb.

Gördüyünüz kimi, ""Ali təhsildə keyfiyyət təminatı" adlı beynəlxalq forum" müsabiqəsinin iki qalibi var. Lakin, sözügedən müsabiqənin nə vaxt, harada elan edildiyi, yaxud keçirildiyi barəsində Dövlət Satınalma Portalında heç bir məlumat yoxdur. Yəni, ətraflı məlumat bölməsi yenə qara şübhələr yaradan, "qara nida"larla işarələnib. Vəssalam.

Təhsildə keyfiyyət...  Özü olmasa da adı  deyəsən  işə yarayır  - KAĞIZ  ÜZƏRİNDƏ


17784 (on yeddi min yeddi yüz səksən dörd) və 32150 (otuz iki min yüz əlli) AZN təşkil edən hər iki müsabiqənin adı da cəlbedici görünür - "Ali təhsildə keyfiyyət təminatı"... Hansı ki, artıq, uzun müddətdir ki, valideynlərin, tələbələrin, şagirdlərin, hətta bir çox müəllimlərin belə gileyli olduğu mövzu - təhsildə keyfiyyət...

Hazırkı Azərbaycan təhsilinin keyfiyyət səviyyəsinin olduqca aşağı səviyyədə olmasına baxmayaraq, bunun üçün sən demə kağız üzərində "addımlar atılır"mış. Sadəcə, məlumat yerini "qara nida məşğul etdiyinə görə" , hansı addımlar, hansı səviyyədə atıldığını bilə bilmirik. Görünür, heç bilməyimizi də istəməyiblər.

Bu qədər tənqid və narazılığa rəğmən, təhsil sahəsində bu kimi müəmmalı proseslərin aparılması da çox maraqlı və təəccüblüdür.

Adı çəkilən tərəflərin açıqlamasını dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az

Son xəbərlər

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Bütün xəbərlər