Gündəm
Gündəm / Cəmiyyət
Masallı meşə təsərrüfatının bədxassəli şişi M. Nurəliyev

Bir qrup Masallı Regional Meşə Təsərrüfatında işləri ixtisara düşmüş işçilər Turkdunyası.az xəbər portalına şikayət ünvanlayıb.
Şikayətçilərin bildirdiyinə görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin baş mühasibi Mansur Nürəliyevin qanunsuz hərəkətlərinə "dur" deyən yoxdur. Baş mühasib Mansur Nürəliyev işçilərin əmək haqqlarını vaxtında ödəmir, bilərəkdən işçiləri incidir. Bundan başqa baş mühasib Mansur Nürəliyev Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin 01 aprel 2022- ci il tarixdə Əmək məcəlləsinin 70- ci maddəsinin “b” bəndinə əsasən ixtisar edilərək işdən azad olunan bir qrup işçilərin hüquqlarını tapdalayır. Əmək qanunvericiliyinə uyğun olaraq həmin işçilərə ödənilməli olan sonn haqq- hesab və kompenssasiya bu günə kimi baş mühasib Mansur Nürəliyev tərəfindən ödənilmir. Bu faktdan xəbərdar olan Dövlət Əmək Müfəttişliyinin müvafiq ərazi şöbələri bu qanunsuzluğa göz yumur. Əmək müffətişliyi Baş mühasib Mansur Nürəliyevin işçilərin əmək haqqlarını hər ay gecikdirməsinə və bundan başqa ixtisar edilərək işdən azad edilən işçilərə ödənilməli olan son haqq- hesab və kompenssasiya ödənişini etmədiyinə görə barəsində heç bir tədbir görməmişdir. Halbuki, mövcud qanunvericiliyə görə Əmək haqqının gecikdirilmiş hər günü üçün əlavə faiz hesablanaraq əmək haqqına əlavə edilərək ödənilməlidir. Bundan başqa 01 aprel 2022-ci il tarixdə ixtisar edilərək işdən azad edmiş işçilərə gecikdirilmədən son haqq hesab və kompensasiya ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:
- bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
- bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
- beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
- on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əməkhaqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdən çıxarma müavinəti ödənilir:
- bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
- bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
- beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
- on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
Bu cür gözəl qanunlarımız olmasına baxmayaraq Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində baş mühasib Mansur Nürəliyev qanunvericiliyə əməl etmir. Ona görə də aidiyyatı orqanlardan bu barədə tədbir görmələrini xahiş edirik.
Qarşı tərəfi dinləməyə hazırıq