Gündəm

"Lavrov Putinin müharibəyə başlamasından xəbərsiz idi" - KİV

Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafına onun Ukraynaya genişmiqyaslı işğalı planlaşdırdığı barədə məlumat verilməyib.

"MUMtv.az\" xəbər verir  ki, bunu "Bellingcat"ın araşdırmaçı jurnalisti Xristo Qrozev deyib. 

 "Hətta Lavrov sona qədər bunun müharibə təhlükəsi kimi bir şey olacağına inanmırdı. Əsl müharibə olacağını öyrənəndə də  özü şoka düşdü", - Qrozev bildirib.
Onun sözlərinə görə, Putin öz planları ilə bağlı başqalarını xəbərdar etməyib. Buna görə həmin insanlar (red. Sergey Lavrov, Dmitri Peskov, Sergey Şoyqu və b.) işğalla bağlı açıq bəyanatlar verəndə özlərinə güvənmirlər:
"Peskov açıqlama verərkən qəribə siması ortaya çıxır. Onu ruhlu adam adlandırmaq və dediklərinə inandığını söyləmək çox çətindir. Biz bunu əvvəllər görməmişdik. Amma təəssüf ki, elita çox qorxur".
Qrozevin sözlərinə görə, elita hələ Putinə qarşı çıxmağa hazır deyil.
“Bu yaxınlarda mən həmkarlarımla Putinə çox yaxın olan bir oliqarxın səs yazısına qulaq asdıq. O, başqa bir oliqarxla dialoqunda Putinin tezliklə ölməsini istəyirdi: "Onun ölümü bizim üçün yaxşı nəticələr vəd edir. Çünki o, bizi məhv etdi, o, Ukraynanı məhv edir, Rusiyanı məhv edir".  Onlar belə düşünürlər. Və belədir. Yəni onlar aktiv və passiv şəkildə buna necə son qoymağı düşünürlər”, - Qrozev bildirib.
Xatırladaq ki, Rusiyanın hərbi kampaniyası Ukraynanın Rusiya və Belarusla sərhədində rus qoşunlarının uzun müddət cəmlənməsindən sonra başlayıb. Tammiqyaslı işğal ərəfəsində Rusiya hakimiyyəti "DXR" və "LPR"-ı dövlət qurumları kimi tanıyıb. 

Son xəbərlər

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Bütün xəbərlər