Gündəm

Erməni müxaliflərin dəhşətli ssenarisi - Korotçenko

MUMtv.az: - Ermənistanda mitinqlər bir vaxtlar Nikol Paşinyanın müxalifətçidən ölkənin baş nazirinə çevrilməsinə imkan verən miqyasda deyil. Müxalifət cəmiyyətin əksəriyyətini öz şüarları, öz bayraqları altında birləşdirə bilmədi. Bu isə o deməkdir ki, müxalifətin axtardığı siyasi məqsədlər reallaşmayacaq. Müxalifət qüvvələrinin yazmağa çalışdığı ssenari reallaşmayacaq.

Bu fikirləri Axar.az-a açıqlamasında tanınmış rusiyalı hərbi ekspert, Rusiya “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
“Birincisi, Moskva dəfələrlə vurğulayıb ki, Ermənistanda baş verən bütün sarsıntılar yalnız onun daxili işidir. İkincisi, Cənubi Qafqazda, Xəzər regionunda sabitlik Rusiya üçün çox vacibdir. Xüsusən də Ukraynada xüsusi hərbi əməliyyatın aparılması və Rusiya iqtisadiyyatının Qərb dövlətlərinin kütləvi təzyiqi altında olması fonunda. NATO-nun genişmiqyaslı təlimlər keçirdiyini görürük. Ermənistanda baş verən hər hansı təlatümlər regiondakı hərbi-siyasi vəziyyətə təsir edə bilər. Bu da Rusiya üçün hazırki vəziyyətdə son dərəcə arzuolunmaz variantdır.
Moskva ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, sülh sazişi, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması Rusiyanın milli maraqlarına uyğundur. Ona görə də Moskva erməni müxalifətçilərinə birbaşa və ya dolayısı ilə heç bir dəstək vermir, onları heç bir şəkildə həvəsləndirmir. Lakin erməni diasporu fəal şəkildə Ermənistanda baş verən hadisələrə təsir və müdaxilə etməyə, onları maliyyələşdirməyə çalışır”, - rusiyalı ekspert qeyd edib.
Onun sözlərinə görə, buna görə də çox ciddi risklər var:
“Bundan başqa, Ermənistan Milli Təhlükəsizlik Xidməti etirazçıların parlamentə basqın etmək cəhdi barədə bəyanat verib. Biz Ermənistan tarixində məmurların ölkə parlamentində güllələnməsi hallarını xatırlayırıq. Və bunun bir daha baş verməyəcəyinə heç kim zəmanət vermir. Ona görə də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatı müxalifət sıralarına daxil edilmiş agentlərin Paşinyanın hakimiyyətdən zorla uzaqlaşdırılmasının mümkün ssenarisinə işarədir”.


Son xəbərlər

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Bütün xəbərlər