Gündəm

Hamı Aprel döyüşlərindəki mayorun atasından danışır


 

Üç il əvvəl baş tutan Aprel döyüşlərində qəhrəmanlıq göstərərək düşmənin 12 hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv edən, tank əleyhinə divizion komandiri, mayor Mirdamət Bağıyevin atasının dediyi sözlər bir neçə gündür ki, sosial şəbəkədə müsbət mənada müzakirə olunur.

MUMTV.az-ın məlumatına görə, belə ki, döyüşlərin qızğın vaxtında M. Bağıyevin 77 yaşlı atası ona zəng vurub vəziyyət ilə maraqlanır. Oğul isə atasının narahat olmaması üçün hər şeyin qaydasında olduğunu deyir. Amma narahatlığı keçməyən ata ikinci dəfə Mirdamət Bağıyevə zəng edib.

"Bir müddətdən sonra atam yenə təlaş içərisində zəng etdi. Yenə də dedim ki, qorxma mən arxadayam, heç nə olmayıb, sağ-salamatam. Atamın cavabı gözlərimi yaşartdı: "Ay oğul, sən necə hərbçisən axı?.. Orada döyüşlər gedir, sən arxada gizlənib tamaşa edirsən?” Özümü güclə saxladım. Deyə bilmədim ki, ata, mən yaralı-yaralı döyüş mövqeyini tərk etmədim və qanım o torpağa tökülə-tökülə aldığım tapşırığı sonadək yerinə yetirdim. Axı illərlə bu günü gözləyirdik. Bunu mənə necə yaraşdırırsan?!”, - deyə vurğulayıb.

 

Qeyd edək ki,  33 yaşlı mayor M. Bağıyev Aprel döyüşlərində düşmənin 7 tankını, 1 PDM-ni şəxsi heyətlə dolu 3 hərbi maşını məhv edib. Bu zaman o qolundan yaralansa da, yaralı olduğunu 5 gün əsgərlərindən gizlədə bilib./Qafqazinfo

 

 



Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər