Gündəm

Ulu Öndərin davamçıları V qurultayı Şuşada keçirir

Ulu Öndərin davamçıları V qurultayı Şuşada keçirir

Dünya Azərbaycanlılarının V Qurultayın iştirakçısı olan soydaşlarımızın da ovqatı fərqli və həm də vüqarlı idi. Ona görə ki, Zəfər sevincini bu dəfə işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan Şuşada yaşadılar. Onlar Zəfər yolu ilə gələrək, ordumuzun qəhrəman əsgər və zabitlərinin hansı çətin coğrafi şəraitdə xalqımıza qələbə sevinci bəxş etdiyini gördülər. Qeyd edək ki, V Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak etdi. Şübhəsiz ki, bu tədbirdə daha çox sayda soydaşımız iştirak etmək arzusunda olub. Vətən müharibəsindəki Zəfərin təməlində dayanan əsas səbəb cənab İlham Əliyevin müdrik siyasətidir. Məhz bu siyasət Azərbaycanı tarixinin ən güclü dövlətinə çevirdi, 2020-ci ilin Vətən müharibəsində isə dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Bu siyasətin ən böyük uğurlarından biri də xalqımızın milli həmrəyliyini təmin etməsi, dünyanın hər yerində yaşayan soydaşlarımızı vahid amallar ətrafında birləşdirməsidir.

Əvvəlki qurultaylarda Prezident cənab İlham Əliyev dövlətimizin taleyüklü məsələləri ilə bağlı müxtəlif ölkələrdən olan soydaşlarımıza mühüm tövsiyələr vermişdi. Dövlət başçısı informasiya müharibəsinin gücləndiyi bir şəraitdə Azərbaycan həqiqətlərinin müxtəlif ölkələrə çatdırılmasının, erməni yalanlarının ifşası istiqamətində fəaliyyətin daha da genişləndirilməsinin vacibliyini vurğulamışdı. Bu baxımdan Vətən müharibəsinə gedən yolda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın mühüm xidmətləri oldu. Təkcə Vətən müharibəsi dövründə soydaşlarımızın diaspor təşkilatları dünyanın 30-dan çox olkəsində 200-dək aksiya keçiriblər və bu, milli həmrəyliyimizin təntənəsi olmaqla, erməni yalanlarının qarşısının alınmasında mühüm rol oynadı. V Qurultayda Prezident İlham Əliyev bu barədə deyib: “Biz hamımız – həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu müqəddəs günü yaxınlaşdırmalıyıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi”.

Elvin Xəlilov- Zərdab rayonu, Əlvənd kənd tam orta məktəbin direktoru



26-04-2022, 16:10

Son xəbərlər

Prezidentin xüsusi nümayəndəsindən sülh sazişi ilə bağlı mühüm açıqlama

Brent ucuzlaşdı

Ziya Məmmədovun səs-küylü tələbə yoldaşının oğlu – Yarım milyon mənimsəyib

Turizm Agentliyi 103 minə notbuk və flaş kart alır

Bərdə Kommunal Təsərrüfatı İdarəsinin direktoru cərimələndi

Ev almaq istəyənlərin nəzərinə: Gələn il qiymətlər necə olacaq?

Prezident sərəncam imzaladı

Bu şəxslər yeni ildən daha çox vergi ödəyəcəklər — AÇIQLAMA

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? – CƏDVƏL

Bakıda xanım direktor eşq yaşadığı fəhlə tərəfindən DÖYÜLDÜ

Azərbaycanda yeni mükafat TƏSİS EDİLƏCƏK – Məbləği 50 min manat

Hikmət Hacıyev sabah Qriqoryanla görüşəcək

Qiyaslı Qrup MMC-nin rəhbərliyi rəsmən QOÇULUQ EDİR... - NARAZILIQ VAR...

Toy etmək istəyənlərin diqqətinə – Qaydalar kəskin dəyişə bilər

Polietilen torbaların qiyməti niyə artırıldı?

Eldar Mansurovun oğlu çox yüksək vəzifəyə gətirildi

TƏBİB 10 manatlıq şirkətdən milyonluq əlcək alır

Reklam etdiyi pilinq Ləmanın üzünü yandırdı

Əzizov paytaxtın mərkəzini Abutalıbova qədərki dövrə qaytarır - FOTO

DGK işçilərin hüquqlarını pozur

Mehdiyevin oğlunu gözləyən aqibət - banklar, torpaq sahələri...

Abşeron Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verdi

Ət yenə BAHALAŞACAQ

Nazir rəisi işdən çıxardı - İki təyinat etdi

Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi endirildi - Qərar

Deputat Azər Əmiraslanovun otağında diqqətçəkən mühüm DETALLAR… Ramiz Mehdiyev kitabı ön planda – Video

"Brent" bahalaşdı

Ağdərə sakini MİNAYA DÜŞDÜ

Gültəkin Hacıbəyli İstanbuldan açıqlama yaydı - "Bakıya göndərəcəklər"

Saleh Məmmədovun “ərköyün” kadrları...-Dəbdəbəli toylar, lüks avtomobillər, vəzifəsini oğluna verən müdirlər və s.

Ağdamda 3,3 milyon manatlıq işlər görüləcək - TENDER NƏTİCƏSİ

Tale Heydərovun adı keçən çoxmilyonluq əmlak davasında ŞOK detallar

Bütün xəbərlər