Gündəm

Kosmetoloqun "himayədar"ı jurnalisti təhdid və təhqir etdi... - Audio

Bəzi xəstəliklər var ki, bizim orqanizmimizdə formalaşmır. "Hepatit B", "C" və digər bu kimi xəstəliklər insanlara stomatoloji, ginekoloji kabinetlərdə, estetik mərkəzlərdə, gözəllik salonlarında gigiyena qaydalarına riayət olunmadığı halda yoluxur. Ona görə də bu cür mərkəzlərdə gigiyena qaydalarına yüksək səviyyədə riayət tələb olunur. Təəssüflər olsun ki, bir çox yerlərdə bu qaydalara qismən əməl edilir, bəzilərində isə bütün qaydalara riayət etdiklərini desələr də, reallıq bunun tamamilə əksini göstərir.

Ən çox problemlər isə gözəllik salonlarında yaşanır.
Xüsusilə də son zamanlar dəbdə olan tərkibi məlum olmayan dodaq dolğularında və digər müxtəlif bədən doğrularında istifadə edilən süni gellər də insan orqanizmində dəhşətli fəsadlar yaradır. Üstəlik həmin bu cür riskli prosedurları qeyri-pesəkar, səriştəsiz, özünü "kosmetoloq" adlandıran şəxslər tətbiq etdikdə, fəsad yaratma riski ikiqat artır.

Yeri gəlmişkən "DogruXeber.az" redaksiyasına Nuranə Əliyeva (ad şərtidir) tərəfindən müraciət daxil olmuşdur. Xanım müraciətində bildirir ki, aprel ayının 17-də rəfiqəsinin bələdçiliyi ilə dodaq doğusu üçün kosmetoloq olduğu deyilən İlahə adlı şəxsin yanında olub. İlahə adlı şəxs onun dodaqlarına 1.5 qram süni gel istifadə edib. Lakin, Nuranə Əliyeva redaksiyamıza bildirib ki, dolğu ümumiyyətlə nəticəsiz olub. Yəni, dodaqda heç bir şəkildə dolğu əlaməti yoxdur. Bundan əlavə xanım qeyd edir ki, "Dolğu etdirib, evə gələndən sonra dodaqlarım yavaş-yavas göyərməyə başladı. Hazırda dodaqlarım çox bərbad vəziyyətdədir. Göy ləkələr səbəbilə evdən bayıra çıxa bilmirəm".

P.S: Nuranə Əliyevanın söylədikləri ilə bağlı qarşı tərəfi də dinləmək məqsədilə kosmetoloq olduğu deyilən İlahə adlı şəxslə telefon əlaqəsi saxladıq və Nuranə xanımın müraciətini diqqətinə çatdırdıq. İlahə xanım əvvəlcə Nuranənin haqsız olduğunu iddia etdi və göyərmələri "normal hal" kimi qələmə verdi. Üstəlik də: - "Mənim diplomlarım var. Peşəkar kosmetoloqam. 17 il Neftçilər kimi yerdə işləmişəm" - deyə, işində peşəkar olduğunu bizə isbatlamağa çalışdı.

QEYD: İlahə xanımın kosmetoloq kimi peşəkarlığının isbatı sözdə deyil, aşağıdakı fotoşəkildə daha aydın görünür.

Kosmetoloqun "himayədar"ı jurnalisti təhdid və təhqir etdi... - Audio

MUMtv.az:
- Biz xanıma bildirdikdə ki, "Dedikləriniz aydındır. Sizin mövqeyinizi beləcə də dərc edəcəyik. Araşdırılmalı məsələlərlə isə artıq, aidiyyatı qurumlar məşğul olar" Xanım dərhal cavab verdi ki, "Onu bura gətirən padruqası (rəfiqəsi) mənə pul borcludur. Kartını atsın ona, padruqası (rəfiqəsi) onun gel üçün ödədiyi pulunu geri versin."

İlahə xanımla danışdıqdan bir neçə dəqiqə sonra redaksiyamıza (+99455)321-27-32 mobil nömrə vasitəsilə adını gizlədərək, "İlahənin qardaşıyam" deyən bir nəfər zəng edib, redaksiya əməkdaşını və müraciət edən şəxsi əxlaqa zidd, şəxsiyyəti alçaldan ifadələrlə təhqir və təhdid etdi.
Biz həmin şəxsə, "Barənizdə Daxili İşlər Nazirliyinə müraciət edəcəyik", dediyimizdə isə, o: - "A kişi, sən kimi kimlə qorxudursan?!" - deyə rişxəndlə cavab verdi.



QEYD: Yeri gəlmişkən, artıq həmin şəxs barəsində redaksiyamızın rəhbəri tərəfindən Daxili İşlər Nazirliyinin "102" qaynar xətt xidmətinə məlumat verilib.

DogruXeber.az

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər