Gündəm

Rusiya SSRİ bayrağını qaldırır: - “Dünya buna imkan verməyəcək”

Rusiya Federasiyasının Kommunist Partiyası Rusiyanın öz ərazisində varislik prinsipini təmin etmək üçün üçrəngli bayrağı SSRİ bayrağı ilə əvəz etməyi təklif edib.

Bu barədə qanun layihəsi Dövlət Dumasının elektron məlumat bazasında dərc edilib. Qanun layihəsinə edilən izahatda qeyd edilib ki, bu dəyişikliklər tarixi boşluq və qanunvericiliyin birmənalı şərh edilməməsi cəhdlərini aradan qaldıracaq, vətəndaşların vətənpərvərlik tərbiyəsinə töhfə verəcək. Qeyd edək ki, Ukrayna müharibəsinin başlamasından sonra Rusiyanın SSRİ xəyalları yenidən alovlanıb. Hücum əməliyyatlarında istifadə olunan tanklarda və hərbi texniklarda SSRİ bayrağının dalğalanması ilə Kremlin imperiya arzusu özünü biruzə verib.
Hətta Prezident Vladimir Putin hücum əmrini verdiyi açıqlamasında Ukrayna dövlətinin keçmiş Rusiya ərazisi olduğunu da deyib.
Ümumiyyətlə, Putinin uzun illərdir SSRİ-ni yenidən bərpa etmək arzusu olduğu da açıqdır. İndi isə Rusiya bayrağının SSRİ bayrağı ilə əvəz olunması təklifi gündəmdədir. Əlbəttə ki, müharibənin getdiyi bir vaxtda belə bir ideyanın ortaya atılması da birmənalı qarşılanmır.
Bəs həqiqətən Rusiya bayrağı SSRİ bayrağı ilə əvəz oluna bilərmi? Mövzu ilə bağlı Cebhe.info-ya danışan politoloq Natiq Miri deyib ki, Rusiya bunu edə bilməz:

“Çünki bu, rəsmi Moskvanın boyunu aşan məsələdir. Rusiyanın bunu etmək üçün hərbi qüdrətə ehtiyac var. Hansı ki, hazırda həmin qüdrətdən danışmaq belə mümkün deyil. Nəzərə almaq lazımdır ki, Rusiyanın hərb maşını artıq neçənci dəfədir ki, darmadağın olur. Bununla yanaşı, Rusiyanın iqtisadi qüdrətə də ehtiyacı var, amma sanksiyalar fonunda rus iqtisadiyyatı çökəcək. Fikrimcə, bu təklif elə ideya və xəyal olaraq da qalacaq. Bu məsələ sadəcə olaraq Rusiya dövlətinin niyyəti olaraq ortaya çıxıb. Çünki Kommunist Partiyası müstəqil siyasət yeridən bir partiya deyil. Həmin partiyanın varlığı və Dövlər Dumasında iştirakı belə Kremldə həll olunan məsələlərdir. Hesab edirəm ki, bu fikri də sadəcə olaraq Kommunist Partiyasının adından təqdim edirlər. Bu, sadəcə olaraq Qərb dünyasına olunan bir təzyqidir. Lakin dünya ictiamiyyəti artıq belə məsələləri ciddi qəbul etmir”.
Politoloqun sözlərinə görə, Rusiya dövləti bayrağının SSRİ bayrağı ilə əvəz olunması təklifi yeni rus imperiyasının yaranması yönündə siqnaldır:
“Əlbəttə ki, dünya buna imkan verməyəcək. Qərbin Ukraynaya verdiyi dəstək də bunun nümayişidir. Hazırda dünyada iki ideologiya arasında ciddi bir mübarizə gedir. Üstəlik bu mübarizədə məkan olaraq Ukrayna seçilib. Bir tərəfdə demokratiya, digər bir tərəfdə isə avtoritar sistemlərin nüvəsi olan Rusiyanın imperiya xisləti dayanır. Ona görə də, Ukraynada baş verən prosesdə kimin qalib gəlməsi çox önəmlidir. Düşünürəm ki, yeni bir imperiyanın, xüsusən də Sovet imperiyasının bərpasına Qərb dünyası imkan verməyəcək. Həmçinin, postsovet məkanındakı ölkələr də mərkəzdən qaçma siyasətinə üstünlük verirlər. Ukrayna müharibəsi açıq şəkildə göstərdi ki, Rusiya heç bir zaman heç bir dövlətə təhlükəsizlik çətiri ola bilməz. Üstəlik, Kreml özünün arxa bağçası saydığı dövlətlərlə bərabər hüquqlü münasibətlər sistemi qurmayıb və qurmaq da istəmir”.


Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər