Gündəm

"Putin yaxın ətrafını repressiya edir" - KİV

Putinin yaxın müttəfiqləri Ukraynada müharibə başlayandan bəri müəmmalı şəraitdə yoxa çıxıblar. Bu prosesdə onlar ya azadlıqlarını, ya da həyatlarını itiriblər. 

"MUMtv.az" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Nəşr Rusiya liderinə yaxın olan bəzi adların yoxa çıxmasını araşdırıb.  
Belə  ki, onlardan biri də Rusiyanın Müdafiə naziri Sergey Şoyqudur. Onun uzun müddət yoxa çıxması bəzi şübhələr doğurub. Bir çox KİV Rusiya Müdafiə Nazirliyinin rəhbərinin səhhətində problemlər olduğunu yazıb. Lakin Şoyqunun qızı Putini atasını “marginallaşdırmaqda” ittiham edib. İndi nazir yenidən ictimaiyyət qarşısındadır. Amma "Bild"  bildirir ki, ötən gün Putinin Şoyqu ilə “canlı” müzakirəsi başlıqlı yayılan videogörüntülər saxtadır. 
Putinin digər əlaltılarından - 5-ci FSB xidmətinin rəhbəri Sergey Beseda hazırda Moskvanın Lefortovo həbsxanasındadır. FSB-dəki “təmizləmə” Putinin məxfi xidmətdən birinin Rusiyanın Ukraynaya hücum planlarını Qərb kəşfiyyatına ötürə biləcəyindən qorxduğu üçün həyata keçirilib.
Nəşrin yazdığına görə, Besedanın həbsi Putinin başqalarına  "əgər mənə xəyanət etsən, sonunda həbsxanaya düşəcəksən", - deyə  siqnalıdır. 
Martın ortalarında Putin Moskvanın yüksək səviyyəli hərbi rəhbərlərindən biri, Rusiya Milli Qvardiyasının rəis müavini, general Roman Qavrilovu da həbs edib. Saxlanma faktı rəsmən təsdiqlənməyib. 
“Lakin Qavrilovun iddia edilən həbsindən cəmi bir gün əvvəl Putin öz hökumətinə müraciətində Ukraynadakı müharibəyə haqq qazandırıb və “satqınlara” qarşı çıxıb”, – nəşr bildirib.
Məlumata görə, generalın həbsinin iki versiyası var: ya insanların ölümünə səbəb olan hərbi məlumatların sızması, ya da “pul israfı”.
Bundan əlavə KİV Kiyevə uğursuz hücumdan sonra Rusiya prezidenti Vladimir Putin baş komandan vəzifəsini tutmaq qərarına gəldiyini qeyd edib.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər