"Moskva" kreyserinin batdığı yerdə axtarışlara başlanıldı
Rusiya Qara dənizdə axtarış işlərinə başlayıb.
MUMtv.az xarici KİV-ə istinadən xəbər verir ki, axtarışlar bir neçə gün öncə "Moskva" kreyserinin batdığı yerdə aparılır.
Xatırladaq ki, Rusiyanın "Moskva" raket kreyseri Ukraynanın "Neptun" raketləri ilə vurulduqdan sonra batıb.