Gündəm
Gündəm / Dünya
KTMT Qazaxıstanda hərbi təlimlər keçirəcək
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr 2022-ci ilin payızında Qazaxıstan ərazisində bir sıra hərbi təlimlər keçirəcək.
MUMtv.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə sözügedən ölkənin Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.
"Tərəflər komanda-nəzarət orqanlarının, kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin birgə təlimi planını təsdiqləyiblər", - nazirliyin bəyanatında deyilir.
Təlimlər "Matıbulak" poliqonunda keçiriləcək.