Gündəm
Gündəm / Şou
Röya yenidən plastik əməliyyat etdirəcək

Xalq artisti Röya Ayxan yenidən plastik əməliyyat etdirməyə hazırlaşır.
"MUMtv.az" xəbər verir ki, bu haqda müğənni "Şourum" proqramında danışıb. O bildirib ki, yenidən bıçaq altına yatmağa hazırlaşır:
"Gözümün üstündəki əti kəsdirmək istəyirəm. Hər gün ona görə əziyyət çəkirəm. Heç layner çəkə bilmirəm. Gözümün üstündən başlayacam. Burnumu etməyəcəm, burunda burunluq qalmayıb. Yüz dəfə əməliyyat etdirmişəm".