Gündəm
"Nar Mobile" istifadəçiləri "cibinə girir" ? - FOTO
"MUMtv.az" xəbər verir ki, "Nar Mobile" istifadəçiləri yenə sosial şəbəkələr üzərindən öz giley və şikayətlərini paylaşıblar.
Belə ki, Facebook sosial şəbəkəsi üzərindən, Taleh Sultan adlı istifadəçi yazır:
"Nar Mobile müştərisiyəm.
İnternet paketimi (xs) yeniləmək istədim, kreditim olduğu üçün 3 AZN balansa yüklədim, kredit çıxıldı və yenidən kredit götürdüm. 1.50 azn (1+0.5)
Xs paketinin qiyməti isə 1 AZNdir. NAR mobilenin saytına daxil olub paketi yeniləmək istəyəndə, balans 1 AZN olaraq göstərdi, səhifəni yenilədikdə 0.00 AZN.
Dəqiqləşdirmə üçün üst hissədən saatlara nəzər yetirə bilərsiniz."
Qeyd edək ki, artıq bir neçə ildir ki, istifadəçilər "Nar" Mobil operatorunun balansdan "pul oğurlaması", həmçinin "limitsiz internet" adı altında, müəyyən limitə çatdıqda sürətin zəifləməsindən gileylənirlər.
Bundan əlavə "Nar Mobile" şirkətinə məxsus olduğu deyilən "City Net" internet providerin keyfiyyət səviyyəsinin olduqca aşağı olması da istifadəçilərdə narazılıq yaradan səbəblərə daxildir.
Qeyd olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
MUMtv.az