Gündəm

12 milyard sərvəti olan rus oliqarx yemək almağa pul tapa bilmir

ABŞ və Qərb ölkələri Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxiləsindən sonra onunla əlaqəli olduğu iddia edilən bir çox rus milyarderinin aktivlərini dondurub.

"MUMtv.az" xəbər verir ki, sözügedən iş adamlarının bank hesablarına girişi kəsilərkən, onların daşınmaz əmlakları, meqa yaxtaları və lüks avtomobilləri də müsadirə edilib.

Sanksiyaların hədəflərindən biri də Rusiyanın investisiya nəhəngi "Alfa Group"un qurucularından olan Mixail Fridman olub.  "Forbes"in məlumatına görə, Fridmanın sərvəti 12,3 milyard dollardır. 2015-ci ildən Londonda yaşayan məşhur iş adamının hazırda bu böyük sərvətə çıxışı yoxdur.
İspaniyanın “El Pais” qəzetinə son hadisələrlə bağlı danışan 57 yaşlı məşhur iş adamı Qərbin rus sahibkarlara qarşı sanksiyalarının Ukraynaya müdaxiləyə cavab olduğuna şübhə etdiyini bildirib. Populizmin insanlar üçün cazibədar olduğunu bildirən Fridman, "Ancaq praktik olaraq baxanda bu sanksiyaların təsirli olmadığını düşünürəm. Rus iş adamları gedəcək yerləri olmadığı üçün Rusiyaya qayıtmalı olurlar", - deyib. 
Londonda qalan Fridmanın bank hesabları dondurulub, kredit kartları da bloklanıb. Bundan əlavə, onun Aİ ölkələrinə girişi qadağan edilib. Fridman İngiltərədəki səlahiyyətlilərin yemək almaq və taksiyə minmək üçün müəyyən məbləğdə pul xərcləməli olduğunu söyləyib. 
"Mən heç kimi axşam yeməyinə apara bilmirəm. Evdə yemək yeməliyəm. Ona da pul tapsam". 
Son olaraq Fridman, "Maraqlı və ağıllı sahibkarları Rusiyaya məcbur etmək Qərb üçün yaxşı olmayacaq" deyərək,  sanksiyaları aradan qaldırılmasını  tələb edib.  

Son xəbərlər

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bütün xəbərlər