Gündəm

Paytaxt Bakıdan başqa şəhərə köçürülə bilər?

Hərdən belə fikirlər eşidirik ki, Bakının yol-nəqliyyat problemlərinin həlli üçün paytaxtı başqa şəhərə köçürmək lazımdır. Guya, bundan sonra Bakı rahatlanar.

"MUMtv.az" xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, paytaxtı köçürməyin dövlət büdcəsi üçün milyardlara başa gələcək bir ideya olduğunu nəzərə almaq lazımdır. 

"Elə həmin pulu dəqiq hesablanmış plan üzrə Bakının mobillik problemlərinin həllinə xərcləsək, ciddi dəyişikliklər görərik. Bakı Azərbaycanın sadəcə paytaxtı (siyasi mərkəzi) yox, həm də əsas işgüzar (sənaye, xidmətlər, təhsil, elm, mədəniyyət və s.) mərkəzidir. Ona görə də hansısa mərkəzi hakimiyyət orqanını Bakıdan harasa köçürmək Bakının ikinci statusunu (işgüzar mərkəz) dəyişməyəcək. Dünyada paytaxtı daha kiçik şəhərlərə köçürənlərin əksəriyyəti əslində ali hakimiyyət orqanlarında çalışanları iri şəhərlərin səs-küyündən, tıxaclarından və başqa bu kimi diskomfort yaradan amillərindən qurtarmaq məqsədi güdüblər. Yəni, belə köçürmə həmin keçmiş iri paytaxtın əhalisinə heç nə verməyib. Əksinə, bəzən paytaxtın köçməsi bu statusunu itirən iri şəhərin, az da olsa, diqqətdən kənarda qalması, infrastruktur inkişafında geriləməsi ilə nəticələnib. Qısası, paytaxtı köçürmək hətta Bakını daha pis vəziyyətə sala bilər".
Ekspert qeyd edib ki, ən yaxşısı ölkəmizdə tədricən Bakıya alternativ ola biləcək digər mərkəzlər yaratmağa çalışmaqdır:
"Yerləşmə, kommunal təminat, ərazi inkişafı, logistika və s. baxımdan  perspektivi olan bir neçə digər şəhərimizin regional mərkəzlərə çevrilməsi üçün ciddi işlər görmək lazımdır. Məsələn, mümkün investisiyalar qoymaqla yeni istehsal müəssisələri yaratmaq, başqa iş yerləri açmaq, paytaxtdakılara rəqib ola bilən universitetlər açmaq, daha mükəmməl turizm ifrastrukturu yaratmaq, mədəniyyət obyektləri açamaq və s. Belə olsa, urbanizasiyanın bundan sonrakı mərhələsi həmin mərkəzlər hesabına olar və Bakıya axın azalar. Bakıya axın azalanda isə cəngəlliksayağı məskunlaşma dayanar. Daha sonra Bakının yol-nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq, müasir mobillik yartmaq olar".

Son xəbərlər

AQTA bu məhsullara nəzarət edə bilmir – Təhlükəli qidalar təkcə bazarlarda yox, marketlərdə də satılır

Təkcə bir idarəsində 5 milyon YOXA ÇIXIB... - RƏSMİ İTTİHAM

Rusiyada həbs edilən keçmiş deputat Paşinyanı hədələdi

Rusiya bir gündə 6 yaşayış məntəqəsini işğal etdi

Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək

Emin Əmrullayev Türkiyədə görüşlər keçirib

Zakir Həsənov toplantı keçirdi, göstərişlər verdi

XİN rəhbərləri danışıqları davam etdirməklə bağlı razılaşdılar

Azərbaycanda enerjidoldurma məntəqələrində YENİLİK OLACAQ

Britaniyada susuz işləyən su elektrik stansiyası qurulur — Dünyada ilk dəfə

“WhatsApp”ın dizaynı dəyişdi

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

Azərbaycan nefti cüzi ucuzlaşdı

İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi (FOTO)

BMT Təhlükəsizlik Şurası müharibəyə görə toplanacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

İlham Əliyev və birinci xanım “Xarıbülbül” Festivalında iştirak edirlər

Rusiyada 5,2 bal gücündə zəlzələ oldu

Bakıda daha bir bina sökülür - VİDEO

Moskvadan Antalyaya gedən sərnişin təyyarəsi Ukrayna üzərindən uçdu

Prezidentin köməkçisi Şuşada baş direktorla memorandum imzaladı

Rusiyanın hərbi bölmələrindən biri Xarkov vilayətinə hücumdan imtina etdi - ATEŞ

Ölüm xəbəri yayılan Murad Muradovla bağlı həkimindən açıqlama

Bakının bu ərazisində yeni park salınır

Əli Əsədov rusiyalı həmkarını təbrik etdi

Ümummilli lider Heydər Əliyevin 101 illiyi qeyd olunur

Makron seçkilərdə ağır məğlubiyyətlə üzləşəcək

Bu gün Almatıda XİN rəhbərlərinin ikinci görüşü keçiriləcək

Müğənni "Avroviziya"dan qovuldu

Ukraynaya daha 400 milyon dollarlıq paket ayrıldı

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını ALQIŞLADI

"Bundan sonra müharibə olmamalıdır" - Prezident

Bütün xəbərlər