Gündəm
Gündəm
Kişilər ayaqlarını aralayaraq otura bilməyəcəklər – Feminist dizaynerdən yeni icad
Brighton Universitetində dizayn fakültəsinin tələbəsi olan Laila Laurel diplom işi üçün "Kişilərin yayılma probleminin həlli” adlı stul hazırlayıb.
"MUMTV.az” xarici mediaya istinadən bildirir ki, onun stulu hazırlamaqda məqsədi kişilərin ictimai yerlərdə ayaqlarını aralayaraq oturması ilə bağlı problemi həll etmək olub.
Buna görə o, lüks oteller zənciri olan "Belmond” tərəfindən "Gənc Bacarıq” mükafatına layiq görülüb.
Layihəsini "Instagram”da paylaşan feminist dizaynerin işinə qadınlar təriflər yağdırsalar da, kişilər tənqid atəşinə tutub.