Gündəm
Gündəm / Dünya
Peskov Rusiyanın Ukraynadakı itkilərindən danışdı
"Rusiya Müdafiə Nazirliyi lazım bildiyi zaman Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələrində itkilər barədə yeni məlumat verəcək".
MUMtv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov jurnalistlərə açıqlamasında onu da əlavə edib ki, Müdafiə Nazirliyi bu barədə bir dəfə məlumat verib:
"Həqiqətən də, məlumatı Müdafiə Nazirliyi bir dəfə verib, lakin artıq dediyimiz kimi, bu preroqativlik tamamilə onlara, yəni bizim hərbçilərə məxsusdur. Onlar uyğun gördükləri zaman əlavə məlumat verəcəklər".