Gündəm

"Paşinyan qoyduğu ləkə Qarabağdan silinməlidir" - Səməd Seyidov
 
 
 
 
 
 

 
 
 
 
 
 
 

Ermənistanın Baş naziri Nikol Paşinyan nöqtə qoymaq istədiyi yerdə ləkə qoyub və bu ləkə Qarabağdan silinməlidir.

 

Bu sözləri millət vəkili Səməd Seyidov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən "Qarabağ Azərbaycandır və nida” konfransında çıxışı zamanı deyib.

 

O, Prezident İlham Əliyevin çıxışındakı 3 vacib məqama diqqət çəkib: "Cənab Prezidentin "Valday" Diskussiya Klubunda və Aşqabadda etdiyi çıxışlar beynəlxalq münasibətlər tarixinə milli maraqları qorumaq nöqteyi-nəzərindən qızıl hərflərlə yazılır. Mən də hər bir azərbaycanlı kimi bu gün qürur hissi keçirirəm. Heç kimə sirr deyil ki, bu gün çox çətin, mürəkkəb, ədalətsiz beynəlxalq mühitdə yaşayırıq. Xalqları siyasi xəritədən silmək, onları tamamilə bədbəxt etmək, onlara problemlər yaratmaq niyyətində olan qüvvələr çox güclüdür və heç də hər xalq bu qüvvələrə qarşı mübariz olmaq, sinə gərmək iqtidarında olmur. Biz də bu cür mübarizənin içindəyik, yalana, böhtana, işğlaçı qüvvələrə qarşı mübarizədəyik. Bu mübarizədə psixoloji üstünlüyü əldə ermək məsələsini cənab Prezident məhz "Valday" forumunda və Aşqabadda həm bizə, həm dünyaya, həm də ermənilərə göstərdi. Cənab Prezidentin çıxışında 3 əsas məqama toxunmaq istəyirəm. Birinci məqam cənab Prezidentin şəxsiyyəti haqqındadır. Hesab edirəm ki, Azərbaycan milli maraqlarının qorunması istiqamətində ən güclü silahlarımızdan biri məhz İlham Əliyevin şəxsiyyəti və onun şəxsi keyfiyyətləridir. Həm "Valday” klubunda, həm də Aşqabadda cəsarət, yenilməz iradə, yüksək səviyyəli mədəniyyət, bilik, gözə çarpan müasirlik, başqalarını sözlə susdurmaq qabiliyyəti kimi xüsusiyyətlər Prezidentə Azərbaycan xalqının ən ağrılı problemlərini ən yüksək səviyyədə çatırmaq imkanı qazandırdı. İkincisi, bütün ekspertlər cənab Prezidentin çıxışını təhlil edərək vacib bir məqama toxundular: Prezident ümumbəşəri dəyərləri Azərbaycan siyasəti ilə uyğunlaşdırdı. Üçüncü məsələ Dağlıq Qarabağ münaqişəsinə dair erməni təbliğatını ifşa və darmadağın etmək, öz şəxsi qabiliyyəti ilə Azərbaycanda aparılan siyasətin dünya siyasətinə uyğunluğunu nümayiş etdirmək idi”. (Publika)


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər