Gündəm
Gündəm / Hadisə
Bakıda yanacaq daşıyan avtomobil aşıb, ölənlər var
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda ”MAN” markalı yük avtomobili və "Mercedes" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
MUMtv.az xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1987-ci il təvəllüdlü Almazov Musa Həsənxan oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.