Gündəm

"TENDER" adı altında dövlət büdcəsinə  "HÜCUM" edirlər ?  -  FOTO

"Doğru xəbər.az" xəbər verir ki, 17.03.2022-ci il tarixində "Dövlət Satınalma Portalı"nda 10-larla tender müqaviləsi barəsində məlumatlar dərc edilib. Diqqət çəkən məqam odur ki, portalda dərc edilən müqavilələrdən bir neçəsi haqqında ətraflı məlumat göstərilməyib.

Bunlardan bir neçəsi aşağıdakılardır.

1Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ilə "İdeal Motors" MMC (VÖEN - 1305797061) arasında bağlanmış "1 (bir) ədəd sedan tipli “Chevrolet Aveo Premier” və 16 (on altı) ədəd yüksək keçicilik qabiliyyətli universal tipli “Lada-Niva LC” model “minik avtomobilləri üçün sürtkü materiallarının, ehtiyat hissələrinin alınması və onların dəyişdirilməsi işləri”nin satınalınması(məbləğ - 29189.9 AZN)

"TENDER" adı altında dövlət büdcəsinə  "HÜCUM" edirlər ?  -  FOTO


2Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Azərbaycan Dövlət Nəşriyyatı "Azərnəşr" ilə bağladığı "İlham Əliyev. İnkişaf məqsədimizdir" çoxcildliyindən 12 cildin satın alınması (məbləğ - 10800 AZN)

3. Eyni zamanda, Atakişiyev Yusif Aqil oğlu (VÖEN-2005469832) ilə bağladığı "Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 81 ünvanında yerləşən və ümumi sahəsi 1 005,6 m2 olan qeyri - yaşayış sahəsinin icarəyə verilməsi" (məbləğ - 9204 AZN) müqavilələri

"TENDER" adı altında dövlət büdcəsinə  "HÜCUM" edirlər ?  -  FOTO


4. Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutu ilə "Sinam" MMC (VÖEN - 1300149611) arasında bağlanmış "SERP proqrammı təminat modullarına texniki dəstək xidməti" müqaviləsi (məbləğ - 9204 AZN)

"TENDER" adı altında dövlət büdcəsinə  "HÜCUM" edirlər ?  -  FOTO


5. Azərbaycan respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə "Sinam" MMC (VÖEN - 1300149611) arasında bağlanmış "Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi" (Lot adı yoxdur !) (Məbləğ -9204 AZN)

6. Qusar rayon "Gənclər və İdman İdarəsi" ilə fiziki şəxs Verdixanov Mübariz Eygün oğlu (VÖEN - 4700126292) arasında bağlanmış "Gənclər və İdman sahəsi üzrə mal materiallarının satınalınması" (məbləğ - 15968 AZN)

"TENDER" adı altında dövlət büdcəsinə  "HÜCUM" edirlər ?  -  FOTO


7. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi ilə "AZSAFETY PRODUCTİON" MMC (VÖEN - 1603194981) arasında bağlanmış "“Əlif Hacıyev” elmi-tədqiqat gəmisində quraşdırılmış xilasedici salların sınaqdan keçirilməsi və sertifikatlaşdırılması" müqaviləsi (məbləğ - 1616624 AZN)

"TENDER" adı altında dövlət büdcəsinə  "HÜCUM" edirlər ?  -  FOTO


Yeri gəlmişkən, onu da qeyd edək ki, sözügedən idarə eyni gündə "SAQA Gəmi təmiri' MMC (200453301) ilə də ""YUQ" balıqçı gəmisinin əsaslı təmiri" müqaviləsini də imzalayıb. Burada məbləğ 142127.46 AZN göstərilir. Lakin, bu müqavilə barəsində ətraflı məlumat göstərilib.

Yəqin ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi adı çoxunuza tanışdır. Hansı ki, bu idarənin müdiri eyni zamanda Ekologiya Nazirinin xüsusi diqqət ayırdığı Fizuli Babayev ötən il öz işinin icrası - ağacların köçürülməsi üçün iki saata 24.000 (iyirmi dörd min) AZN pul tələb etmişdi ki, bu da o zamanlar gündəmin qalmaqallı mövzularından birinə çevrilmişdi.

"TENDER" adı altında dövlət büdcəsinə  "HÜCUM" edirlər ?  -  FOTO

Ekonazir Muxtar Babayev qohum-əqrəbasını nazirliyə doldurub- Nazirin əmisioğlu Fizuli Babayevin ağacköçürmə biznesi ...

İki saata 24 min qazandığı iddia olunan idarə müdiri mətbuatın sorğusuna niyə susur?...

Bu söhbətə görə bütün ölkə mediası çalxalansa da cənab nazir qətiyyən heç təmkinini də pozmadı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ən gəlirli sahəsi olan bu idarənin gəlirləri sən demə təkcə ağac köçürməkdən ibarət deyilmiş. Bu qədər böyük məbləğlər qarşılığında imzalanan tender müqaviləsi barəsində Dövlət Satınalma Portalında ətraflı məlumat göstərilməməsinin özü, elə məbləğ qədər də böyük şübhələr doğurur.

Xatırladırıq ki, ölkə başçısı İlham Əliyev çıxışlarında da dəfələrlə tender adı altında dövlət büdcəsini talayanlardan bəhs edib və bu mövzuda media nümayəndələrini, həmçinin vətəndaşları ictimai nəzarət olaraq, diqqətli və yardımçı olmağa çağırıb.

Məlumatda adları çəkilən tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər