Gündəm
Gündəm / Hadisə
Mingəçevirdə beşmərtəbəli binada yanğın oldu
Mingəçevirdə beşmərtəbəli yaşayış binasında yanğın olub.
"MUMtv.az" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın birinci mərtəbəsində ümumi sahəsi 67 m² olan mənzilin mətbəxində qaz sobası, aspirator və 2 m² sahədə mebel yanıb.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.