Gündəm
Gündəm / Hadisə
Azərbaycanda ağır QƏZA: Ölən və yaralananlar var
Cəlilabadda ağır yol qəzasında 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
"MUMtv.az" xəbər verir ki, Sərhədabad kəndi ərazisində "Mitsubishi" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Ölən şəxslər "VAZ-2107" minik avtomobilində olanlardır.
Faktla bağlı araşdırma aparılır.