Gündəm
Gündəm / Hadisə / Dünya
Ukraynalı deputat oğurlandı
Rus hərbçiləri ukraynalı deputatın evinə soxularaq onu qaçırıblar.
"MUMtv.az" xəbər verir ki, bu barədə Krım Tatar Xalq Məclisinin üzvü Esgəndər Bariyev məlumat yayıb.
"Bu gün səhər saat 6-da Melitopolda rus hərbi geyimli silahlı şəxslər Zaporojye vilayət şurasının deputatı, yerli Krım tatar xalqının nümayəndəsi, Melitopol Şəhər Diyarşünaslıq Muzeyinin direktoru Leyla İbrahimovanın evinə soxulublarvə onu qaçırıblar", - Bariyev bildirib.
Deputatın hara qaçırılması barədə hələlik məlumat yoxdur.