Gündəm


Baş Nazir Əli Əsədov “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 27 dekabr 2021-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə sərəncam imzalayıb. 
MUMtv.az xəbər verir ki, sərəncama əsasən, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Mərkəzi Bankı və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının sözügedən qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hökumətə təqdim etməlidir.
Bundan başqa, razılaşdırma prosesinin iştirakçılarına (əsas və birgə icraçılar) bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatana qədər Nazirlər Kabinetinə təqdim etmək, eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlərə “Normativ hüquqi aktlar haqqında” qanunun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etmək tapşırılıb.
Sərəncamda həmçinin deyilir ki, mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat versinlər.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat versin.
Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.

Son xəbərlər

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Bütün xəbərlər