Gündəm
Gündəm / Siyasət / Dünya
Bu gün növbəti Rusiya-Ukrayna görüşü keçirilə bilər
Rusiyanın Ukraynaya hücumundan sonra bu gün iki tərəf arasında ikinci sülh danışıqlarının keçiriləcəyi açıqlanıb.
"MUMtv.az" "TASS"a istinadən xəbər verir ki, danışıqların Belarus-Polşa sərhədindəki Brest bölgəsində aparıla biləcəyi iddia edilib.
Qeyd edək ki, ilk danışıqlar fevralın 28-də Belarusun Qomel şəhərində keçirilib. Sülh danışıqlarının birinci raundunda Ukrayna prezidenti Zelenski Rusiya ilə danışıqlarda Ukraynanın arzuladığı nəticənin hələ əldə olunmadığını bildirmişdi.