Gündəm
Gündəm / Sosial
YAP-nın Zərdab Rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir
Yeni Azərbaycan Partiyası Zərdab Rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir.
Yeni Azərbaycan Partiyası Zərdab Rayon təşkilatının sədri İlkin Əliyev, təşkilatın məsul işçiləri və ərazi partiya təşkilatlarının üzvülərinin iştirak ilə rayonun Təhsil şöbəsi, Peşə liseyi, Statistika idarəsi, Su Kanal sahəsi, Maliyyə şöbəsi və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Zərdab rayon filialı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirildi.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Hesabat-seçki yığıncaqlarında Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında əvəzolunmaz rolundan və bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sədrliyi ilə partiyamızın artan nüfuzundan, regionun ən güclü siyasi təşkilatı olmasından danışıldı.
Daha sonra yığıncaqların gündəliyinə uyğun olaraq ƏPT sədrlərinin hesabatları dinlənildi və yeni sədr və sədr müavinlərin seçilməsi məsələsinə baxıldı.
YAP Zərdab Rayon təşkilatı adından seçilən sədr və sədr müavinlərini təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzu edildi.