Gündəm

Özəlləşdirmə çeklərinin   taleyi  necə olacaq? - VİDEO

MUMtv.az: - “Vətəndaşların haqqı olan özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılmasının tərəfdarıyam. Özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması vətəndaşların mülkiyyət hüququna sahib olmasına imkan yaradırdı. O vaxtı bu çeklərdən faydalanan insanlar oldu. Əksər insanlar isə özəlləşdirmə çeklərini qara bazarda satdılar və bu çekləri alan şəxslər qiymətləndirmə əsasında müəyyən sexləri, zavodları özəlləşdirdilər. Lakin bir çox vətəndaş çeklərini qoruyub saxladılar və düşündülər ki, gələcəkdə daha çox faydalana biləcəklər. Təəssüf ki, bu çeklərin yenidən dövriyyəyə buraxılmasına imkan yaradılmadı. Bir neçə il öncə özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması ilə bağlı məlumatlar yayılmışdı, amma heç bir nəticə olmadı.
Hesab edirəm ki, sözügedən məsələyə yenidən qayıtmaq lazımdır. Bu baxımdan özəlləşdirmə çeklərinin tədavülünə dəstək olan millət vəkilləri də haqlıdır. Çünki cənab prezident də hər zaman öz çıxışlarında bildirib ki, insanların haqqları və tələbləri təmin olunmalıdır. Özəlləşdirmə çeklərinin qiymətləndirilməsi müqabilində vətəndaşlara kompensasiya ödənməlidir. Bu, çox vacibdir. Çünki o vaxtı paylanan özəlləşdirmə çekləri vətəndaşların haqqıdır. Hazırda məndə də özəlləşdirmə çekləri var. Bir millət vəkili kimi, özəlləşdirmə çekləri ilə bağlı məsələni müdafiə etməyə hazıram”.

Bu sözləri özəlləşdirmə çekləri ilə bağlı tədavül müddətinin yenidən artırılmasına ehtiyac olduğunu bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Xatırladaq ki, Keçmiş  sosialist düşərgəsinin digər ölkələri kimi, Azərbaycan da mərkəzləşdirilmiş plan sistemdən imtina prosesində çek özəlləşdirməsindən keçib.Rəsmi olaraq "kiçik özəlləşdirmə"yə bizdə 1996-cı ilin mart ayının sonunda, özəlləşdirmə paylarının (vauçerlərin) paylanmasına isə 1997-ci ilin martından başlanıb. Özəlləşdirmə çekləri 2011-ci ilin yanvar ayının əvvəlindən dövriyyədən çıxarıldı.

Lakin, "teleqraf.com" yazır ki, "28 May metrostansiyası qarşısında çek alış-verişi ilə məşğul olanların bir neçəsinə yaxınlaşıb çeklərinin müddətinin bitdiyini desək də, onlar hər bir halda əhalidə qalan çekləri almaq istədiklərini dedilər. Bir pay özəlləşdirmə çekini 3 manata aldıqlarını bildirdilər. Onlardan çeki hara təqdim etdiklərini soruşduqda isə cavab belə oldu: "Əvvəl hara verirdiksə, indi də ora"."

Maraqlıdır, ləğv edildiyini bilə-bilə həmin tərəflər nədən özəlləşdirmə çeklərini almağa davam edir?



Yeri gəlmişkən, onu da qeyd edək ki, keçmiş Kondisioner zavodunun işçisi (mütəxəssis) Aydın Əliyev "MUM.TV" YouTube kanalımızda yayımlanan "Kamalın zamanı" verlişinin qonağı olub. Aydın Əliyev özünün, həyat yoldaşının və 30 nəfər yaxın qohumlarının adına olan özəlləşdirmə çeklərinin əllərində hələ də yararsız vəziyyətdə qalmasından gileylənib. Onun sözlərinə görə, zamanında yuxarıda qeyd etdiyimiz şəxslərlə birlikdə külli miqdarda xərc çəkib, kondisioner zavodunda müəyyən səhmlərə sahib olublar. 2011-ci ildə özəlləşdirmə çekləri ləğv edildiyi üçün artıq, onlar o çeklərlə nə edəcəklərini bilmirlər.

Ətraflı videoda:



Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

Bütün xəbərlər