Gündəm

Qadınlar 63 yaşda pensiyaya çıxsın -TƏKLİF

“Hazırda Azərbaycanda sığorta-pensiya sistemi icbari dövlət sosial sığortası əsasında fəaliyyət göstərir və sistemin əsas məzmununu sığorta olunanlar üçün ödənilən sığorta haqlarının fərdi uçotunun qurularaq, vətəndaşların pensiya təminatının həmin uçotun məlumatlarına əsasən aparılması təşkil edir”.

Bunu “MUMtv.az”a açıqlamasında iqtisadçı deputat Əli Məsimli deyib. Onun sözlərinə görə, bu sistemin beynəlxalq praktikada uğurlu nümunələri olsa da, Azərbaycan reallıqları şəraitində tətbiq edilən variant müsbət cəhətləri ilə yanaşı, xeyli dərəcədə qüsurludur:

“Ona görə sığorta-pensiya sisteminin hazırkı variantı bir sıra cəhətlərinə görə getdikcə daha çox özünü doğrultmayacaq. Bu özünü pensiya yaşı çatmış əhalinin daha çox hissəsinin pensiya almaqdan məhrum edilməsi timsalında qabarıq göstərəcək. Əmək pensiyasının minimum məbləği 240 manata çatdırıldıqdan sonra minimum pensiya kapitalı bu ilin yanvarın 1-dən 28 800 manatdan 34 560 manata qalxıb. Ölkə üzrə orta əmək haqqı 700 manatın üstündə olsa da, median əmək haqqı, yəni, əmək haqqına işləyənlərin yarısının hər ay aldıqları əmək haqqı 343 manatdır. Deməli, bu sistemdə dəyişiliklər edilməsə, əhalinin median əmək haqqı ətrafında əmək haqqı alan hissəsi, xüsusən də regionlarımızda çalışanların xeyli hissəsi minimum pensiya kapitalı toplaya bilməyəcək, 25 illik iş stajı əsasında isə ən yaxşı halda minimum pensiya səviyyəsində pensiya ala biləcək. Azərbaycanda fəaliyyətdə olan sığorta-pensiya sistemində əsaslı islahatlar aparılmasa, getdikcə yaşlı əhalinin daha çox hissəsi, məsələn, 350-400 manatlıq pensiya əvəzinə, 180 manatlıq yaşa görə müavinət almalı olacaq, ən yaxşı halda isə 25 illik iş stajına əsasən 240 manatlıq minimum pensiya alacaq. Bu isə xüsusən regionlarda yoxsulluğun əhatə dairəsini xeyli genişləndirəcək. Bu qüsurları aradan qaldırmaq üçün pensiya sistemində əsaslı islahatlara ehtiyac var”.
Deputat qeyd edib ki, pensiya sistemindəki əsaslı islahatların digər vacib məqamı pensiya yaşı ilə bağlıdır:
“Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bu əsasda Azərbaycanda 1 iyul 2021 – 30 iyun 2022 tarixində kişilərin pensiya yaşı 65 il , qadınlar üzrə 63 il olacaq. Yəni, qadınların yaş həddinin 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq 2027-ci ildə 65 yaşa çatdırılması qərarlaşdırılıb. Azərbaycanda kişi və qadınların bir hissəsi pensiya yaşına çatana qədər, bir hissəsi də pensiyaya çıxandan bir neçə il sonra dünyasını dəyişir. Ona görə də Azərbaycanda pensiya yaşının 65 yaş olması orta ömür uzunluğunun real göstəricilərinə adekvat deyil. 2017-ci ildən başlayaraq hər il 6 ay artırılmaqla kişilərin pensiya yaşının 63-dən 65-ə çatdırılması prosesi başa çatıb. İndi də 2027-ci ildək qadınların pensiya yaşı həmin üsulla 65 yaşa çatdırılacaq. Hesab edirik ki, buna ehtiyac yoxdur və qadınların pensiya yaşının bu il çatacağı 63 yaşda dayandırılması daha düzgün variant olardı. Pensiya sistemindəki əsaslı islahatların digər vacib məqamlarından biri də dünya praktikasında məlum olan risk amillərini yetərincə nəzərə almaq və ciddi şəkildə qiymətləndirmək şərtilə özəl pensiya fondlarının formalaşdırılmasıdır. Özəl pensiya fondlarının yaradılması ilə bağlı hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırmalar aparılır”. 

Son xəbərlər

İlham Əliyev TDT-nin dövlət və hökumət başçılarını COP29-a dəvət etdi

Gələn il Laçın Beynəlxalq Hava Limanı istismara veriləcək

Deputatlığa iddialılar sırasında Eldar Mahmudova bağlı iş adamı: Elxan Bəşirovun Lerik planları davam edir

163 milyon manatlıq dərman tenderlərinin - 100 MİLYONU 2 ŞİRKƏTƏ VERİLİB

Şuşada Qarabağ Bəyannaməsi imzalanıb

"Koroğlu" - Buzovna avtobusunun sürücüsü sərnişinlərdən niyə artıq pul istəyir?

Beynəlxalq Bankın xəritəsində Qarabağda yer adları niyə erməni dilində yazılıb? – Foto

Daha bir partiya seçki qərarını açıqladı

Rüfət Hacıyevin məhkəməsi başladı – TƏFƏRRÜAT

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İsti hansı insanlar üçün xüsusilə təhlükəlidir? - Alim açıqladı

DİQQƏT! “CF Kristal” kolbasasında zərərli maddələr var – FAKT

DİQQƏT! “CF Kristal” kolbasasında zərərli maddələr var – FAKT

Ramil Həsən yenidən deputat olacaqmı? – Qalmaqal

"Azərbaycan davamlı sülhdə ən maraqlı tərəfdir" - Nazir

Naxçıvan Futbol Federasiyasına yeni sədr seçildi

Bu məktəbdə qanun pozuntuları aşkarlandı, direktor işdən çıxarıldı

AAYDA-nın “köklü”ləri savaşır… – Saleh Məmmədov qazanacaq, yoxsa Əvəz Qocayev?

İlham Əliyev Pezeşkianı Azərbaycana səfərə dəvət etdi

Saleh Məmmədovun təyin etdiyi rəisə cinayət işi açıla bilər - 4 milyonluq borc

Sabahdan Məhərrəm ayı başlayır

NiZAMi DOKTORUN “BUNKER KLiNiKASI” BiNA SAKiNLƏRiNi AYAĞA QALDIRDI

Qubanın icra başçısı İlqar Mahmudovun Sertifikasiya “TƏLƏSİ” – Prezidentə müraciət olundu

İngiltərə İsveçrəyə, Türkiyə Niderlanda qarşı

İlham Əliyev Böyük Britaniyanın yeni baş nazirini təbrik edib

Nazir XİN başçılarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb

"Merihə qarşı cəza ədalətsizdir, Türkiyə millisinə qələbə arzu edirəm" - Prezident

Kərəm Mustafayev işdən çıxarıldı - Yerinə o təyin olundu

Şuşada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Qəzzada ölənlərin sayı 38 mini ÖTÜB

Məsud Pezeşkian İranın yeni prezidenti seçildi

Şirkət rəhbərləri dövlət büdcəsindən ayrılan pulları mənimsəyiblər - İTTİHAM

Bütün xəbərlər