Gündəm

Şübhəli tender

MUMtv.az: - 07.02.2022-ci il tarixində "Dövlət Satınalma Portalı"nda "İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi şəxsi "BMTİP" (VÖEN - 9900084261) ilə "Ölkədə səhiyyə təchizat sisteminin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinə dəstək layihəsi" müqaviləsi bağlandığı barəsində məlumat dərc edilib.

Şübhəli tender

Qeyd edək ki, müqavilədə göstərilən məbləğ 2191645.1 (iki milyon yüz doxsan bir min, altı yüz qırx beş - on) AZN olaraq qeyd edilib. Amma, katirovka sorğusu barəsində "Dövlət Satınalma Portalı"nda heç bir məlumat göstərilməyib.

Bu qədər böyük məbləğ müqabilində bağlanmış müqavilə barəsində satınalma portalında ətraflı məlumat göstərilməməsi müəyyən şübhələr doğurur.

Şübhəli tender

Bundan əlavə, 04.02.2022-ci il tarixində "Dövlət Satınalma Portalı"nda "Ərazi Tikinti-Planlaşdırma Mərkəzi" ilə "Alyans Testil" MMC (VÖEN: 2001098501) arasında imzalanan "Fərdi mühafizə vasitələrinin və xüsusi geyimlərin satın alınması" (Müsabiqənin adı - "Azərsu"ASC-nin daxili vəsaiti hesabına Fərdi mühafizə vasitələrinin və xüsusi geyimlərin satın alınması) müqaviləsi barəsində məlumat dərc edilib.

Bu müqavilədə isə məbləğ 8000 (səkkiz min) AZN-dir.

Müqavilə barəsində digər əsas və ətraflı məlumatlar göstərilməyib.

Həmçinin, eyni gündə - 04.02.2022-ci il tarixində "Dövlət Satınalma Portalı"nda "12 saylı Ərazi Vergilər Departamenti" ilə "NAT CORP" (VÖEN: 1003784151) arasında "Yanğın Təhlükəsizliyin təmin edilməsi" müqaviləsi bağlandığı da dərc edilmişdir. Müqavilədə göstərilən məbləğ 13453 (on üç min dörd yüz əlli üç) AZN-dir. Bu müqavilə barəsində də ətraflı məlumat bölməsi boş saxlanılıb. Katirovka sorğusu barəsində heç bir məlumat yoxdur.

Şübhəli tender

Gördüyünüz kimi, yuxarıda qeyd etdiyimiz hər üç müqavilə barəsində satınalma portalında ətraflı məlumat yoxdur. Yəni, hər üç müqavilə müəyyən şübhələr doğurur.

QEYD: Yazıda adları çəkilən tərəflərin də açıqlamasını dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az

Son xəbərlər

“AzerGold” QSC və CASPISNET arasında görüş keçirilib - FOTO

Bu şəxslərlə bağlı yeni cərimələr müəyyən edilir

Putin və Paşinyan bu gün görüşəcək

Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi qəbul etdi

Şənbə günü 32° isti olacaq

Parlament gömrüklə bağlı bu Sazişi təsdiqlədi

Milli Məclis daha iki sazişi ratifikasiya edib

"Azərbaycanda övladsız ailələrin sayı çoxalır" - Komitə sədri

BMT nümayəndəsinin ölkəyə girişinə qadağa qoydular

Milli Məclisdə yeni təyinat

ADAU təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir

Azərbaycan İtaliyadan təyyarələr alır

"Hovers Group MMC" Qarabağda 13,5 milyon manata 7 bina tikəcək - TENDER NƏTİCƏSİ

Həbs edilən vəzifəli şəxsdən XƏBƏR VAR

DYP sürücülərə müraciət etdi

Rayonlarda şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Cəlilabad rayonunda EKOLOJİ TERROR - NARAZILIQ VAR...

"Körpü-Bina-Tikinti MMC" Qarabağda 20,3 milyon manata 12 bina tikəcək - TENDER NƏTİCƏSİ

Uşaqlar yox...onların ataları FHN-yə bir buyursunlar... - Kəmaləddin Heydərovla bağlı ŞOK FAKTLAR...

Rusiyalı repçi qəzada öldü

Azərbaycan nefti ucuzlaşdı

76 yaşlı qocaman başçı rayonda bütün torpaqlara “əl” qoyaraq qarış-qarış satıb.Vətəndaş şikayəti-Video

Göygöl prokuroru İlqar Hacızadənin 200 minlik maşınının şəkilləri yayılıb

Zelenski G20 sammitinə dəvət edilməyəcək

“Nərmin işi”nə yenidən baxılacaq? - AÇIQLAMA

Leysan yağacaq, dolu düşəcək - Sabahın havası

“Mərkəzə gələn yoxlamaya əvvəlcədən rüşvət verilib” - QALMAQAL

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq - FOTOLAR

Əfqanıstanda məsciddə terror aktı törədildi

"Rusiya hökuməti Ermənistanı tərk etdi" - Alman deputat

Bakıda evə basqın - SAXLANILANLAR VAR

Dələduzlar “AzDrama”nın adından belə istifadə etdi

Bütün xəbərlər