Gündəm

Azərbaycan Milli Kitabxanasında "Şuşa ili”nin açılış mərasiminə həsr olunan “Şuşa-Azərbaycanın mədəniyyət paytaxtı.Biblioqrafiya” və “Xan Şuşinski. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib.
MUMtv.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, Milli Kitabxanaın direktoru Kərim Tahirov, deputat Nizami Cəfərov, Xalq yazıçısı Elçin Əfəndiyev və başqa ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bu ilin çox əlamətdar olduğunu qeyd edib: "Sevinirik ki, Şuşanın yaranmasının 270 illiyini 28 il həsrəti ilə yaşadığımız Şuşanın özündə qeyd edirik. Şuşa Azərbaycanın ürəyi, iftixar mənbəyidir. Hazırda məqsəd və vəzifəmiz Şuşanın əvvəlki görkəmini və ruhunu özünə qaytarmaqdır. Buna görə tədbirlər planı hazırlanır. Həmin planda keçiriləcək tədbirlərin siyahısı yer alacaq".



Nazir çap olunan yeni kitablardan danışarkən vurğulayıb ki, "Qarabağa kitabla gedək" layihəsi çərçivəsində bu vaxta kimi 60 mindən artıq kitab fonda daxil edilib: "Bu kitablar da həmin fonda veriləcək".
Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, hər il külli miqdarda kitab, məqalə, məcmuələr gələcək nəsillərə miras qalır: "Bu kitablar da gələcək nəsillər üçün çox vacibdir. Bu gün hər kəs Şuşaya getmək, səcdə etmək, o gözəlliyi görmək üçün növbə gözləyir. Buna görə də "Şuşa ili"ni belə təmtəraqlı keçiririk".



Nizami Cəfərov isə vurğulayıb ki, Şuşanın intellektual imkanları hələ qarşıdakı zamanlarda daha dəqiq dərk ediləcək.
Daha sonra Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov qeyd edib ki, çap olunan kitabların əhəmiyyəti gələcəkdə bilinəcək.
Xan Şuşiniskinin qızı, Xan Şuşiniski Fondunun rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyeva atasının xatirəsinin yad edilməsinə görə təşəkkürünü bildirib.

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər