Gündəm

  
Vaqif Nəcəfzadə 1949-cu il iyul ayının 3-də Azərbaycan SSRİ-nin İsmayıllı rayonunun Həftəsov kəndində ziyalı ailəsində anadan olub. 1954-cü ildə doğma anası Gülsüm xanım rəhmətə gedib. 1956-cı ildə Həftəsov kənd orta məktəbin 1-ci sinifinə qədəm qoyan Vaqif Nəcəfzadə 1964-cü ildə həmin məktəbin 8-ci sinifini bitirdikdən sonra orta təhsilini Bakı şəhərində tamamlayır. 1963-cü ildə komsomol olmuş, 1968-1970-ci illərdə Qazaxıstanda Çin ilə sərhəddə hərbi xidmətdə olub. 1969-cu ilin yazında Çin ordusu Damanski adasına hüçum edəndə, Dnepropetrovsk şəhərində xidmət edirdi. Sovet hərbi ordusu tərkibində hücum etdi. 1971-1974-cü illərdə axşam Bakı Texnologiya Texnikumunu bitirib. 1973-cü ildə ailə həyatı qurub. 1976-cı ildə 6 aylıq qızı Gülsüm rəhmətə gedib. 1978-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub (KPSS). 1988-ci ildə Voronej Ağac Texnologiyası İnistutunda təhsilini davam etdirmişdir. 


Uzun müddət istehsalatda texnoloq, sex ustası, sex rəisi kimi çalışmışdır. Sonradan kiçik sahibkar kimi fəaliyyət göstərib. İçtimai işlərdə «Xocalı Soyqırımının Tanıtma İçtimai Birliyinin» idarə heyyətinin üzvü və birliyin «Ağsaqqalar Şurasının» sədri, eynilə həmin təşkilatın təsis etdiyi «Ana Harayı» qəzetinin baş redaktor müavini idi. 

Vaqif Nəcəfzadə 11 yaşında kiçik həcmli şerlər yazmağa başlayıb. Orta məktəbdə oxuyarkən poeziya aləminə vurğun olub. Boş vaxtlarında şer yazıb, kitab oxuyub. Vaqif müəllimə qohumları «Mirzə» (tat dilində «Mirzo») deyirdilər. Şerləri 1972-ci ildən mətbuat səifələrində işıq üzü görməyə başlayıb. Şerləri «Komsomol», «Bakinski Raboçi», «İzvestiya», «Pöhrələr», «Mən və Sən», «Oxu Məni», «Azad Azərbaycan», «İmpuls», «Palitra», «Azərbaycan XXI əsr», «Azərbaycan Yolları», «Əsrin Ziyalıları», «Ana Harayı», «Kalp Antalya», «Yenilik Press», «İsmayıllı Xəbərləri», «Həkəri» və başqa qəzetlərdə və «Azərbaycan Ayağa Dur!», «XX-XXI Əsrin Yaradıcı və Ziyalı İnsanları», «Avrasiya Şairlər Antologiyası», «Qarabağnamə» I, II, III cildli, «Atəş-2016», «Unutmayan Xocalım Şer Antologiyası», «Qələbəyə gedən yol», «Gəlirik Qarabağ», «Vaqif Nəcəfzadə - Seçilmiş Əsərləri», «Kimlərə Qaldı Dünya», «Şairlər Seçkisi-13 Şer Antologiyası» kitablarında və «Avrasya Sənət Ədəbiyyat Dərnəyi», «İctimai Fikir», «Azərbaycanın Səsi», «Azad Qələm» jurnallarında və «Qafqaz Xəbər Agentliyi» internet saytı və bir çox mətbuat səifələrində çap olunmuş. 

Cəbhə bölgələrində, ali məktəblərdə, koleclərdə, orta məktəblərdə, kənd və şəhərlərin tədbirlərində iştirak edib. Bakının AzTV, İctimai televiziyaları, Dərbəndin televiziyası və Təbrizin Azad Arena televiziyasında və bir çox internet televiziyada çıxışı olub. 

Rusiya, Qazaxıstan, Türkiyə, Ukrayna, Türkmənistan, Özbəkistan və Gürcüstanın bir çox şəhərlərini ziyarət edib. 2015-ci ilin mart ayında və 2015-ci ilin dekabr ayında Türkiyə Resbublikasının Antaliya şəhərində “Avriasiya Şairlər və Sənətçilər Birliyi”nin tədbirlərində iştirak edib. Avriasiya yazarlar birliyinin, İraq-Türkman yazarlar birliyin, Çukurova Edebiyyat Derneyinin üzvüdür. «Səndən küsə bilmirəm » və «Dağlar oğluyam» şerlərinə Zəka Vilayətoğlu ifa edib. «Yenə səni sevəcəyəm» şerinə Aqil Sarıçiçəyim ifa deib Bəstəkar Elmir Mədətoğludur. 2016-cı ilin iyun ayında Dərbənd şəhərində bir qrup şairlərlə tədbir keçirib. 2016-cı il iyul ayında Borçalı Mahalında Elat Bayramının iştirakçısı olub. 2017-ci il may ayının 5-8-inə qədər III-cü Uluslararası Çukurova Türk Dünyası şer və musiqi festivalının Adana şəhərində iştirakçısı olmuşdur. 

Şair  2020-ci il dekabrın 7-də ağır xəstəlikdən vəfat etmişdir. Bakıda dəfn olunmuşdur. «Dünya zülüm dünyadı» şeiri məzar daşında həkk olunmuşdur. 

Ruhu şad olsun!

 
Ünvanım Qarabağ olacaq yerim
 
Bu gün Ana Vətən çağırır məni, 
Bu gündən səngərlər qalacaq yerim. 
Qarabağı qara duman alıbdır, 
Ünvanım Qarabağ olacaq yerim, 
Vətən qisasını alacaq yerim.
 
Bəla gəlib Vətənimin başına, 
Güllə dəyir bacıma, qardaşıma, 
Yağı düşmən çıxsaydı bir qarşıma, 
Misri qılıcımı çalacaq yerim, 
Vətən qisasını alacaq yerim.
 
Bu gün gözəl Şuşam darda qalıbdır, 
Xalqım qaçqın, köçkün yolda qalıbdır, 
Xocalının qanı yerdə qalıbdır, 
Nə qalıb çırağım, nə ocaq yerim. 
Vətən qisasını alacaq yerim. 
 
Nifrətim köksümdə hədsizdir bu gün, 
Qaçqınam, köçgünəm olmuşam sürgün, 
Qaçarsan önündən Azəri türkun. 
Səni tank topundan salacaq yerim, 
Vətən qisasını alacaq yerim.
 
Qoymaram Qarabağ qalsın əlində, 
Tülkülük, alçaqlıq var xislətində, 
Güllə atıb, bomba atırsan gündə, 
Yaddan çıxmaz bizə etdiklərində, 
İçərəm qanını, didib ətində. 
Xocalını yada salacaq yerim, 
Vətən qisasını alacaq yerim, 
Ünvanım Qarabağ olacaq yerim. 
 
May 1992
 


 
Bağçamdan gülümü qopartdı kimsə
 
Bağçamdan gülümü qopartdı kimsə, 
Əzablar ömrümü çəkdi qoynuna. 
İlk eşqim, ilk sevgim daşa tuş oldu, 
Mən dözə bilmirəm, dözmürəm buna.
 
Ümmanlarda itən qayıq kimiyəm, 
Nə yolum görsənir, nə izim mənim. 
Leylimi itirib Məcnun olmuşam, 
Məndən uzaq düşüb əzizim mənim.
 
Qatı qaranlıqdır yolumun sonu, 
Mənim haraylarım cavabsız qalıb. 
Dedim çiçəklənər boy atar sevgim, 
Heç yarpaq açmadan solub saralıb.
 
Aldandın kiməsə, uydun kiməsə, 
Daş-qaşamı getdin, varamı getdin? 
Mənim saf eşqimi bəyənmədin sən, 
Vurdun ürəyimə yaranı getdin.
 
Özümü bir palıd sanırdım sənlə, 
İndisə kökümdən kəsilmişəm mən. 
Nəfəsim gəlsə də ölü kimiyəm, 
Sevən aşiqini öldürmüsən sən. 
 
2018 










Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər