Gündəm
Gündəm / Hadisə
57 yaşlı kişinin meyiti tapıldı
Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapılıb.
Bu barədə "MUMtv.az"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayonun Qaxbaş kənd sakini, 1965-ci il təvəllüdlü Abdulla Abdullayevin meyiti bu gün səhər saatlarında kənd ərazisindəki su kanalından tapılıb.