Gündəm
Gündəm / Siyasət
Donbas "Bayraktar"la vurulub? - FOTO
MUMtv.az: - Rusiya hərbi saytları Ukrayna Silahlı Qüvvələrinə məxsus "Bayraktar" TB2 Pilotsuz Uçuş Aparatının(PUA) Donbasa zərbələr endirməsi barədə məlumat yayıb. Belə bir iddia iləçıxış edən məqalə müəllifi sosial mediada yayılan informasiyalara və "Bayraktar"ın uçuş xəritəsinə istinad edib.
- Ukrayna ordusu Donbasda "Bayraktar" TB2 pilotsuz uçuş aparatından (PUA) istifadə edib. Hücum nəticəsində bir nəfərin öldüyü bildirilir. “Militarist” Telegram kanalı da Donbasda Ukraynaya məxsus pilotsuz təyyarənin hücumu ilə bağlı məlumat paylaşıb.
PUA-nın Kiyev yaxınlığındakı aerodromdan havaya qalxaraq demarkasiya xəttinə uçduğu dəqiqləşib. Pilotsuz təyyarə rayonlardan birinə hücum edib, nəticədə "Donetsk Xalq Respublikasının"(Separatçı rejim kimi tanınır-red.) xalq milislərindən biri həlak olub. Hələlik bu hadisə ilə bağlı Ukrayna rəsmilərindən heç bir rəsmi şərh verilməyib,-məqalədə yazılıb.