Gündəm
Gündəm / Dünya
Telman İsmayılova görə Monteneqronu cəzalandırdı - Rusiyanın addımı
Rusiya Monteneqro tərəfindən azərbaycanlı biznesmen Telman İsmayılova siyasi sığınacaq verilməsinə görə bu ölkəyə qarşı cavab tədbiri görüb.
"MUMtv.az" KONKRET.az-a istinadən xəbər verir ki, Rusiya cavab tədbiri olaraq Monteneqronun Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçin Rusiya Federasiyasına girişinə qadağa qoyub.
Xatırladaq ki, T. İsmayılova qarşı 2017-ci ilin noyabrında 2 nəfər moskvalı iş adamının qətlinin sifarişi ittihamı ilə cinayət işi açılıb və İnterpol xətti ilə axtarışa verilib. T.İsmayılov 2018-ci ildə Monteneqro vətəndaşlığı alıb.
O, ötən ilin oktyabrında Monteneqroda (Çernoqoriya) saxlanılmış, elə həmin ay Monteneqro hökumətində siyasi sığınacaq aldıqdan sonra istintaq təcridxanasından sərbəst buraxılmışdı.