Gündəm
Gündəm / Siyasət / Dünya
"Müharibə başlasa, ukraynalılar bu ölkəyə qaçacaq"
"Əgər Rusiya-Ukrayna müharibəsi başlayarsa və Kiyev ruslara təslim olarsa 3-5 milyon ukraynalı evlərini tərk etməli olacaq".
"MUMtv.az" xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə, ukraynalılar işğaldan sonra Polşaya miqrasiya edəcək:
"Ukraynadan dinc əhalinin qaçacağı ölkələrdə biri də Polşadır. Həmin ölkə 1 milyon ukraynalıya ev sahibliyi edəcək. Bununla yanaşı, Slovakiya və Çexiya on minlərlə immiqrant gözləyə bilər".