Gündəm

"Çörəkpulu"ları müəmmalı şəkildə tutulan məcburi köçkünlərin, istilik təchizatı da dayandırıldı...

““Azəristiliktəchizat”-ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq.”

İlham Əliyev

Amma, "DogruXeber.az"a daxil olan məlumata görə Qaradağ rayon Müşfiqabad qəsəbəsi, "Məcburi köçkün şəhərciyi"ndə bu gündən evlərə istilik təminatı dayandırılıb. “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən səbəb isə sözügedən ərazidə yaşayan sakinlərin ödəniş borclarının olmasıdır.

Yeri gəlmişkən, onu da qeyd edək ki, 2021-ci ilin əvvəlinə qədər sözügedən ərazi gündə iki dəfə - səhər və axşam saatlarında isti su ilə də təmin edilirdi. Ərazi sakinlərinin - məcburi köçkünlərin bir neçəsi "Azəristiliktəchizat" ASC-nin verdiyi isti sudan istifadə etmədiyi üçün, ödəniş etməkdən də imtina etdilər. Bundan sonra, ödəniş borcu və yaranmış mübahisəyə görə, əraziyə isti su verilişi dayandırıldı. Artıq, bir ilə yaxın müddətdir ki, isti su ilə təmin edilməyən məcburi köçkünlərin, bu gündən evlərinin istilik təminatı da dayandırılıb. Səbəb, yuxarıda da qeyd etdiyimiz kimi, ödəniş borclarıdır.

Daha bir maraqlı məqam da var ki, bugünə qədər sözügedən ərazidə yaşayan məcburi köçkünlərdən evlərə verilən istilik təchizatı üçün ödənişlər, sayğac olduğuna baxmayaraq, metodik hesablama ilə tələb edilirmiş.

Birinci Qarabağ müharibəsi başladığında, mənfur düşmənlərimiz ucbatından "Qışın oğlan çağında" isti evini, ocağını tərk etmək məcburiyyətində qalan məcburi köçkünlərin bu dəfə də "şansları üzlərinə dönük çıxıb". Bu dəfə isə məsul dövlət qurumu tərəfindən soyuq divarlar arasında yaşamağa "məhkum" ediliblər.

Amma, bu onların hazırkı, yeganə şanssızlığı deyil. Çox təəssüflə bildiririk ki, onsuz da iqtisadi böhranla çarpışaraq, "bir tikə çörək" tapmağa çalışan qaçqın və məcburi köçkünlərin, ötən yayımlarımızda da bildirdiyimiz kimi, artıq, bir neçə aydır ki, dövlət tərəfindən hər ay verilən, "çörəkpulu"ndan da müəyyən məbləğlər tutulur.

"DogruXeber.az" informasiya portalında dəfələrlə bu mövzunu yayımlasaq da, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin el dili ilə desək, "tükü də tərpənmədi".

Görünür, komitə sədri Rövşən Rzayev "güvəndiyi dağlar"ı xəyallarında çox böyüdüb ki, bu gün heç kimə və heç nəyə əhəmiyyət vermədən, öz "prinsipləri" ilə fəaliyyətini hər zamankı qaydada davam etdirir.

Maraqlıdır, görəsən Qarabağlı olub da, qarabağlıların nəinki dərdini anlamayan, üstəlik də "çörəkpulu"larını kəsməklə, onlara dərd artıran Rövşən Rzayev və "Azəristiliktəchizat" ASC benəva məcburi köçkünlərdən nəyin "qisas"ını alırlar?

Çox düşündük... eyni insanlara qarşı , eyni qurumlar tərəfindən edilən bu qədər zülmlərə başqa ad tapa bilmədik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!

DogruXeber.az




Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər