Gündəm

Əhməd İsmayılov kimdir və o, Azərbaycan mediasını necə idarə edəcək? –ŞOK GƏLİŞMƏ

MUMtv.az: - Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 12 yanvar tarixli 2416 nömrəli Sərəncamı ilə, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MİA) İcraçı direktoru vəzifəsinə təyin olunan Əhməd Məhəmməd oğlu İsmayılovun fəaliyyəti, son vaxtlar daha çox müzakirə obyektinə çevrilməkdədir. Buna müxtəlif amillərin varlığı səbəb olur ki, onlardan ən əsası Əhməd İsmayılovun ədalətlilik prinsipinə hansı prizmadan yanaşmasının varlığıdır. Əvvəla onu qeyd edək ki, bu şəxsin sələfi olmuş Vüqar Səfərlini vaxtilə tam əksəriyyət “topa tuturdu” və hər kəsdə belə bir düşüncə formalaşmışdı ki, bu şəxsdən sonra ölkəmizin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna kim rəhbərlik edəcəksə, yəqin ki, həmin şəxs fərqli yanaşmasını ortaya qoyacaq, fərqli idarəçiliyini həyata keçirəcək. Amma, çox keçmədi ki, atalar demişkən “Sən saydığını say, gör fələk nə sayır” zərb-məsəli öz təsdiqini tapdı və bu gün bu zərb-məsəl “Sən saydığını say, gör Əhməd İsmayılov nə sayır” deyimi ilə əvəz olundu. Çünki, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru ilə bağlı tam əksəriyyətin gözləntiləri heç də özünü doğrultmadı və sabiq köməkçi Əli Həsənovdan miras qalmış yanaşmalar, hal-hazırda daha eybəcər formada davam etdirilməkdədir.
Qeyd edək ki, bu ilin yanvar ayında Medianın İnkişafı Agentliyi tərəfindən elan edilmiş müsabiqə nəticəsində, 39 onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstəriləcəyi elan olundu. Yəni, ümumi nəticədən aydın oldu ki, “keçirilən müsabiqə” olduqca qeyri-obyektiv həyata keçirilmiş və Prezidentin sabiq köməkçisi Əli Həsənovun “işarəverən barmağı”, bu gün də lazımi təsir imkanına malikdir. Yəni, son siyahıya diqqət etdikdə məlum olur ki, bir-iki saytdan başqa bu siyahıdakı saytların əksəriyyəti bu və digər yollarla Əli Həsənova xidmət edənlərdirlər. O halda Əhməd İsmayılova sual oluna bilər ki, görəsən maliyyə yardımı göstəriləcək 39 onlayn media subyektləri hansı kriteriyalara cavab verirlər ki, onlar müsabiqənin “qalibi olurlar?”. Digər tərəfdən, səbəb nədir ki, siyahıdakı 39 onlayn media subyektlərinin çoxu Əli Həsənovun dönəmində olduğu kimi, Əhməd İsmayılovun dönəmində də lazımi kriteriyalara “cavab verirlər” və keçirilən müsabiqələrdə “qalib çıxırlar?” Yəqin ki, tərtib olunmuş siyahıların baş ideoloqu funksiyasını şərəflə yerinə yetirən Əhməd İsmayılovun da yolu, çox yaxın vaxtlarda Vüqar Səfərli kimi dəmir barmaqlıqlar arasından keçəcək. Düşünürük ki, o halda bir kimsə buna qeyri-adi baxmayacaq və heç də təəccüblənməyəcək. Çünki, hal-hazırda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru elə bir addımlarını atır ki, hər kəs Əli Həsənovun, Vüqar Səfərlinin və onlara bağlı olanların ölənlərinə rəhmət oxuyurlar. Deməli, Əhməd İsmayılov mediaya bağlı şəxs olmadığından o, bu cür addımları ilə müasir Azərbaycan mediasının “bel sütununu” məhv etməklə məşğul olur.
Hər kəs unutmamalıdır ki, 12 yanvar 2021-ci il tarixə kimi Əhməd İsmayılovun media aləmi ilə heç bir bağlılığı olmayıb. Yəni, bu şəxs tamamilə kənar sahələrdə əmək fəaliyyəti ilə məşğul olub və çalışdığı sahələrdə heç də yaxşı iz buraxmayıb. Məsələn, media üzərindən apardığımız araşdırmalardan aydın olur ki, o, 2008–2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011–2018-ci illərdə isə Aparat rəhbəri vəzifəsində çalışmışdır və həmin illərdə Dövlət Dəniz Administrasiyası qarşıya qoyulan məqsədlərin heç birinə nail ola bilmir. Buna da əsas səbəb, bu Administrasiyasının rəhbərliyində təmsil olanan vəzifə sahiblərinin təşkilatı lazımi qaydada idarə edə bilməmələri olur. Belə bir səbəbdən də, təşkilatın müxtəlif strukturlarında hədsiz özbaşınalıqlar baş alıb gedir, külli miqdarda yeyintilərə qol qoyulur və digər qanunsuzluqlara imza atılır.
Bir faktı qeyd edək ki, Əhməd İsmayılov Dövlət Dəniz Administrasiyasında aparat rəhbəri vəzifəsini daşıyarkən, bu Administrasiyasının nəzarətində 447 üzən qurğular və gəmilər olur ki, həmin vaxtlarda istər mazutdan istifadə zamanı, istərsə də üzən qurğuların və gəmilərin təmiri zamanı çoxsaylı maxinasiyalara qol qoyulur. Yəqin hər kəs yaxşı xatırlayar ki, Dövlət Dəniz Administrasiyasının sabiq rəisi Şahin Sultanovun həbsində, məhz gəmilərin təmiri məsələsi mühüm rol oynamışdır. GundemXeber.Az-ın apardığı araşdırmalar zamanı məlum olmuşdu ki, təmir adıyla büdcədən götürülən pullar təyinatı üzrə istifadə olunmamışdır, illər uzunu milyonlarla vəsaitlər mənimsənilmişdir. Bu da onu söyləməyə əsas verir ki, həmin pulların mənimsənilməsində aparat rəhbəri vəzifəsini daşımış Əhməd İsmayılovun da, məhz bu və ya digər formada rolu olur. Demək, bu şəxsin Dövlət Dəniz Administrasiyasındakı səkkiz illik fəaliyyəti hədsiz maxinasiyalarla, bənzəri olmayan qanunsuzluqlarla və s. əhatə olunmuşdur. O halda sual oluna bilər ki, əgər bu şəxsin əsas amalı, başlıca qayəsi bu cür əməllər üzərində formalaşıbsa, ondan hansı ədalətli yanaşmanı gözləmək olar? Ümumiyyətlə, gözləmək olarmı?

P.S. Hörmətli oxucular! Biz bir media qurumu olaraq Medianın İnkişafı Agentliyinin İcraçı direktoru vəzifəsini daşıyan Əhməd İsmayılovun fəaliyyəti ilə bağlı araşdırmalara başlamışıq. İlkin araşdırmalar zamanı redaksiyamıza sensasion məlumatlar daxil olub. Daxil olan məlumatlardan biri də, məhz bu şəxsin rəhbərliyi altında Medianın İnkişafı Agentliyi əməkdaşlarının istifadə etdikləri milyonluq villaya görə büdcə vəsaitlərini çapıb talamalarıdır. Yaxın günlərdə bu haqda geniş açıqlama yayımlayacağıq. Bizi izləyin.(Gundemxeber.az)

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər