Gündəm
Gündəm / Hadisə
İmişli RPŞ DYP böməsinin əməkdaşları tərəfindən saxlanılan avtomobildən sənədsiz ov silahları aşkarlandı
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "DogruXeber.az"a verilən məlumata görə, RPŞ-nin DYP bölməsinin əməkdaşları tərəfindən Saatlı rayon sakini Rüfət Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə saxlanılıb. Nəqliyyat vasitəsinə keçirilən baxış zamanı R.Əliyevə və sərnişini Emil Musayevə məxsus müvafiq sənədləri olmayan iki ədəd “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.