Gündəm

Azərbaycana qarşı erməni təxribatı - Paşinyanın “terrorçu ittihamı”

MUMtv.az: - Görünən budur ki, Ermənistanın baş naziri Nikol Paşinyan düzələnə oxşamır. Əgər əksi baş versəydi, kapitulyasiya aktını imzaladıqdan sonra Azərbaycan və Türkiyə ilə əlaqələr qurub ölkəsinin mövcudluğunu saxlamağa çalışan baş nazir növbəti dəfə sərsəm iddialarını dilə gətirməzdi.

Biz daha bir sərsəmləməni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstan hadisələrinə həsr olunmuş onlayn sammitində müşahidə etdik. KTMT-yə sədrlik edən N.Paşinyan onlayn sammitdə növbəti təxribatçı bəyanatla çıxış edib. Qazaxıstanda fəaliyyət göstərən “döyüşçülər”dən söz açan baş nazir iddia edib ki, bir il əvvəl Ermənistanın olduğu region “terrorçularla” üzləşib. “Bir müddət əvvəl, 2020-ci ilin sentyabrında Azərbaycanın başlatdığı genişmiqyaslı müharibə zamanı biz ekstremizmin və terrorizmin ən qəddar təzahürlərinin şahidi olduq. Beynəlxalq birliyin bəzi üzvlərinin ciddi səyləri qarşısında, xüsusən də Rusiyanın həlledici töhfəsi və Rusiyanın sülhməramlı missiyasının rolu sayəsində müharibəni dayandırmaq, gərginliyi azaltmaq və ölkədə sabitlik yaratmaq mümkün oldu” - Paşinyan iddia edib.  Aydındır ki, Paşinyan bu yolla guya Azərbaycan tərəfində vuruşan “suriyalı yaraqlılar” haqqında köhnə və dəfələrlə təkzib edilən saxta iddiaları yada salıb. Düzdür, N.Paşinyana reaksiya verən olmayıb. Ən azı KTMT-yə üzv ölkələr Azərbaycanın rolunu və mövqeyini yaxşı dəyərləndirdikləri üçün Ermənistana görə ölkəmizlə hər hansı problemin yaşanmasını istəməzlər, bunu ötən illərin təcrübəsi də göstərib. 2016-cı ildən sonra İrəvan dəfələrlə KTMT-yə hərbi yardım üçün müraciət etsə də, üzv ölkələr bu müraciətə məhəl qoymayaraq, torpaqları işğal altında olan Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər. Hətta bir sıra hallarda İrəvanda Azərbaycanın KTMT-nin üzvü olmadığı halda, bu qurumda artan nüfuzu geniş müzakirələrə səbəb oldu. Bu mənada N.Paşinyanın növbəti avantürası da “yel olub keçdi”.
Amma Paşinyanın ardınca Xankəndi separatçılarının lideri Araik Arutyunyan öz facebook səhifəsində daha irəli gedərək iddia edib ki, KTMT Qazaxıstanda “pantürkizm”lə mübarizə aparır. Arutyunyan iddia edib ki, “Qazaxıstanda və onun ətrafında vəziyyətin sabitliyini pozmağa, qeyri-sabitlik və terror qurşağının formalaşmasına yönəlmiş proqramın arxasında ekstremist qruplar və birləşmələr dayanır. Göz qabağındadır ki, radikal pantürkist dairələr bu prosesdə fəal iştirak edir ki,  bu da Ermənistanın və ”artsax"ın təhlükəsizliyinə çox ciddi təhlükə yarada bilər". Aydındır ki, həm Paşinyan, həm Arutyunyan yaranmış fürsətdən istifadə edib, Azərbaycanı hədəfə çıxarmağa çalışıblar. O cümlədən regionda Türkiyənin nüfuzunun artmasından öz qorxularını dilə gətiriblər. Ermənilər həvəsləniblər ki, artıq KTMT-ni “xarici ölkə təhlükəsi’’ bəhanəsi ilə Azərbaycanla və ya Türkiyə ilə münaqişəyə cəlb edə bilərlər. Bu ehtimalı bölüşmək olarmı?
Qanunsuz verilmiş mənzillər alınıb ehtiyacı olan jurnalistlərə  verilməlidir" - Fazil Mustafa » Sfera.az Azərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Fazil Mustafa: “İctimai rəyi Azərbaycana qarşı yönəltmək üçün kiçik və cılız üsullardan istifadə etməyə çalışırlar”
Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın baş naziri Paşinyanın KTMT-nın onlayn konfransındakı çıxışında Azərbaycanla bağlı işlətdiyi fikirlər əslində köhnə təbliğat istiqamətinin davamıdır: “Sadəcə, indi düşünüb ki, əvvəlki fürsət ələ düşüb, Qazaxıstana işğalçı qüvvələr daxil olub və bunu hansısa formada Azərbaycan üzərinə də yönləndirmək lazımdır. Amma bu, bir az qeyri-ciddi səslənir. Ona görə ki, KTMT-dəki dövlətlərlə Azərbaycanın ayrıca münasibətləri var və savaş dövründə də həmin dövlətlər əslində Azərbaycanın öz ərazisini işğaldan azad etməsini dəstəkləyiblər. Yəni burada hər hansı problem yoxdur. Digər tərəfdən, burada guya terrorçuların iştirakı və başqa məsələlərdən danışılması da heç bir real fakta dayanmadığına görə o vaxt da ciddi qarşılanmamışdı, indi də eyni qaydada məsələyə baxış olacaq. Sadəcə, ictimai rəyi Azərbaycana qarşı yönəltmək üçün kiçik və cılız üsullardan istifadə etməyə çalışırlar”.
F.Mustafa əlavə etdi ki, eyni zamanda separatçıların başında duran Araik Arutyunyan da bu kimi məsələləri daha çox pantürkizm üzərinə yönəltməyə çalışır: “Bu, erməni-faşist cəlladı hələ də anlamır ki, pantürkizm deyilən ideya bütövlükdə hər hansı bir işğalçı, yaxud aqressiv, etnik təmizləmə xəttinə, kursuna dayanan ideya deyil. Bu, erməniçilikdən fərqli olaraq, əslində humanitar bir sağlam mühit yaratmaq üçün bu bölgələrdə sakit, dinc yolla yaşamağın təminatını nəzərdə tutan və sadəcə, ədəbiyyatda yer alan ideyadır. Hər hansı bir şəkildə belə bir siyasi model, ümumiyyətlə, gündəmdə yoxdur. Bu, sadəcə, düşmənlərin icad etdiyi bir modeldir. Çünki hər hansı bir şəkildə Türk Birliyi kimisə təhdid edən bir birlik kimi çıxış etmir, daha çox mədəni bir birlik kimi mövcuddur”. Deputat hesab edir ki, həm İrəvanda, həm Xankəndində olan erməni vəhşilərinin əsas məqsədi istiqaməti Azərbaycana doğru yönəltməkdir: “Amma bu, cılız bir xətt, cılız bir kursdur. Azərbaycan əslində Qarabağı terrorçulardan təmizlədiyiniə görə indi terrorçuların qalıqlarının belə sərsəm iddialarla çıxış etməsi anlaşılandır. Bütün hallarda Azərbaycan öz torpaqlarını işğalçılardan azad etmə kursunu davam etdirəcək və erməni seqmentinin burada yenidən baş qaldırmasına imkan verməyəcək. Biz bu məsələdə qərarlıyıq və qardaş Türkiyə ilə birlikdə bölgənin rifah içində, savaş olmadan mövcudluğunu təmin edəcəyik”.
Ceyhun Məmmədov - YouTube
Ceyhun Məmmədov: “Əgər rəsmi İrəvan bunu anlamaq istəməsə, sonu Ermənistan üçün yaxşı olmayacaq”
Deputat Ceyhun Məmmədov bildirdi ki, KTMT-nin iclasında Paşinyanın sərsəm fikirlərindən Araikin iftira dolu yazısından sonra  dərhal Ermənistan sərhəddə təxribat törədərək KMT-nin diqqətini yenidən bu məsələyə çəkmək istədi: “Halbuki Azərbaycan tərəfi atəşkəsi pozmamışdı. Bu, Ermənistanın növbəti şousu idi. Dərhal Ermənistan KİV-i və sosial şəbəkələri total hücuma keçdilər. Ermənistanın KTMT-ni münaqişəyə cəlbi cəhdi əbəsdir. Dəfələrlə KTMT bu məsələyə münasibət bildirib. Ermənistan tərəfi boş yerə həvəslənməsin”. C.Məmmədov qeyd etdi ki, Azərbaycan tərəfindən heç bir terrorçu döyüşməyib: “Əksinə, dünyanın müxtəlif bölgələrindən erməni terrorçularu Ermənistana axışaraq Azərbaycana qarşı vuruşdular. Azərbaycan tərəfdə dəqiq faktlar var Ermənistandan fərqli olaraq. Onların məhkəmələri də keçirilib. Onu da təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın birgəyaşayışla bağlı bütün cəhdlərinə baxmayaraq Ermənistan rəhbərliyi və KİV-i Azərbaycana qarşı düşmənçiliyi təbliğ etməyə davam edir. Ermənistan buna son qoymalıdır. Bu təbliğat və cəhdlər Ermənistan xalqına yalnız faciə və bədbəxtlik gətirəcək. Ermənistan rəhbərliyi və xalqı gələcəyə baxmağaı bacarmalıdır. Gələcəyə sağlam baxış reallıqla barışıb bölgəyə sülh gəlməsinə çalışmaqdır. Ermənistana  bu barədə Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq edib. Əgər rəsmi İrəvan bunu anlamaq istəməsə, sonu Ermənistan üçün yaxşı olmayacaq”.
Yazı çapa hazırlanarkən Ermənistanın növbəti təxribatı barədə məlumat yayıldı. Belə ki, düşmənin açdığı atəş nəticəsində Azərbaycan Ordusu Kəlbəcər istiqamətində şəhid verib. Əslində Paşinyanın davranışlarından sonra bu kimi cinayətlər gözlənilən idi. Belə aydın olur ki, Ermənistan növbəti dəfə “Dəmir yumruq”un zərbəsini dadmaq istəyir. Güman edirsə ki, onu KTMT xilas edəcək, yanılır...  
“Yeni Müsavat”

Son xəbərlər

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Bütün xəbərlər