Gündəm

MUMtv.az: - Yollarımızda köhnə avtomobillərin “hakimiyyəti” davam edir, çünki vətəndaşların əksəriyyətinin yeni maşın almağa imkanı yoxdur. İlin əvvəlindən edilən vergi dəyişiklikləri ikinci əl adi avtomobillərin qiymətlərini qaldırsa da, “yaşıl” avtomobil parkının seqmentində qiymətləri aşağı salacaq.

Bu ildən Azərbaycanda təkcə idxalın deyil, həm də yaşı üç ildən çox olmayan, 2500 kub santimetr mühərriki olan hibrid avtomobillərin satışının da əlavə dəyər vergisindən (ƏDV) azad edilməsini nəzərdə tutan dəyişikliklərə start verilib. Bununla yanaşı, 2-ci və 3-cü kateqoriyalı avtomobillər üçün enerji doldurma cihazlarının idxalı da ƏDV-dən azad edilib.

Mütəxəssislərin fikrincə, yeni nəsil avtomobillər üçün vergi tətilləri ekoloji təmiz nəqliyyata marağı artıracaq, lakin bu sahədə fiskal düzəlişlər ikibaşlı təsirli olacaq. Unutmayaq ki, ölkədə hibrid avtomobillərə tətbiq edilən vergi moratoriumu ilə yanaşı, bu ildən istismar müddəti üç ildən çox olan və mühərrikinin həcmi 3000 kubsantimetrdən çox olan avtomobillərin aksiz dərəcələri də artırılıb.

Bu dəyişikliklərə əsasən, ölkəyə gətirilən avtomobillərin istehsal müddəti yeddi ildən çox olarsa, aksiz dərəcəsi benzin mühərrikli avtomobillər üçün 1,2, dizel mühərrikli avtomobillər üçün isə 1,5 əmsalı ilə hesablanacaq. Ehtimal olunur ki, Vergi Məcəlləsinə sözügedən dəyişiklik ölkəyə köhnə avtomobillərin gətirilməsi üçün bir növ məhdudlaşdırıcı amil olacaq. Amma bunun nəticəsi, ekspertlərin fikrincə, işlənmiş avtomobillərin qiymətində artım olacaq.

“Bu dəyişikliklərdən sonra müəyyən edilmiş istehsal ilindən köhnə olmayan hibrid avtomobillərin qiymətinin ucuzlaşacağı istisna edilmir. Başqa sözlə, ƏDV-dən azad olunma onların dəyərini orta hesabla 18 faiz aşağı salacaq ki, bu da Yaponiya istehsalı olan analoji avtomobillərə artan tələbatı nəzərə alaraq, ümumilikdə təqdirəlayiq haldır. Üç illik vergi moratoriumu, şübhəsiz ki, avtomobil bazarının bu seqmentinə marağı artıracaq, çünki o, hibrid avtomobillərin qiymətini aşağı salmağa çalışır”, - deyə Milli Məclis üzvü, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Əlavə edib ki, mühərrikinin həcmi 3000 kubsantimetrdən çox olan avtomobillərdə aksiz dərəcəsinin artırılması ilə bağlı qərar belə avtomobillərin qiymətinin artmasına səbəb ola bilər: “Vergi Məcəlləsinə sözügedən dəyişikliklərin məntiqi aydındır. Onun mahiyyəti hibrid və elektromobillərə marağı artırmaq, eyni zamanda daha güclü mühərriklərə malik köhnə avtomobillərə tələbi azaltmaqdır. Bütün bunlar ətraf mühit və yol təhlükəsizliyi üçün mütləq əhəmiyyət kəsb edir. Bundan əlavə, davamlı olaraq artan enerji qiymətlərini və bu bazarın yüksək volatilliyini, eləcə də xərclərin optimallaşdırılması zərurətini nəzərə alsaq, elektromobillərə və hibrid avtomobillərə üstünlük verilməsi danılmazdır”.

Bundan əvvəl vergi eksperti Anar Bayramov Azərbaycan Respublikası Vergi Məcəlləsinin idxal olunan avtomobillərə aksiz dərəcələrinin tətbiqini nəzərdə tutan 190.4-cü maddəsindən danışıb: “Mühərrikinin həcmi 2000 kubsantimetrədək olan avtomobillər üçün aksiz dərəcəsi hər kubsantimetr üçün 30 qəpik, 3000 kubsantimetr olan mühərrik üçün 600 manat, üstəgəl mühərrikin həcminin iki mindən çox hər kubsantimetrinə görə 5 manat müəyyən edilib. Bütün bunlar olduğu kimi qalacaq. İndi Azərbaycana gətirilən avtomobillərin istehsal tarixi 7 ildən çox olarsa, aksiz dərəcəsi benzin mühərrikli avtomobillər üçün 1,2, dizellə işləyən avtomobillər üçün isə 1,5 əmsalı ilə hesablanacaq. Yəni məhdudiyyətlər dizellə işləyən avtomobillərə daha çox təsir edəcək”.

Analitikin sözlərinə görə, vətəndaşlarımız əsasən 2010-2015-ci illərdə istehsal olunmuş avtomobilləri alırlar. 2015-ci ildən sonra istehsal olunan xaricdən gətirilən avtomobillər çox bahadır və hər kəsin buna imkanı yoxdur. Amma indi daxili bazarda köhnə avtomobillərin qiymətinin qalxacağı şübhəsizdir. //ayna.az//

Son xəbərlər

2100-cü ilə qədər supervulkan püskürməsi ehtimalı var? - Dünya böyük bir fəlakətlə üzləşə bilər

“Körpü Bina Tikinti” Bakıda yaşıllıq belə məhv edir- Fotofakt

“Şirin Su”dan imtina edənlər artır: “Bu sudan pis qoxu gəlir

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək

"Qarabağ" Azərbaycan çempionatları tarixində əsrin rekorduna imza atdı

İcra Hakimiyyətində təkbaşına "iclas" keçirən vəzifəli şəxs cəzalandırıldı

Ukraynanın müdafiə naziri danışıqlara hazır olduğunu açıqladı

DYP-nin texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişib

Bu məhsullar bahalaşıb - SİYAHI

Xaçmaz ELi NURuna "çətir tutan" Elnur Rzayevdən narazıdır - VİDEO

Saxta içki istehsal edən Emin Hüseynovun vergi borcu yaranıb

5000-ə yaxın müəllimin işinə xitam verildi

Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

Rusiya bu ölkənin hava məkanını pozdu: Dərhal müdaxilə olundu

Baxışımız dəyişməyib: Niderland sağçılarından Rusiya ilə bağlı çağırış

Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun

Bu ölkədə dünyanın ən böyük yeraltı termal gölü tapıldı

Milli ideyalar Azərbaycanı layiq olduğumuz yerə gətirib çıxarıb

DYP piyadalara müraciət etdi

Niderland parlamentinin deputatı Benilüks Azərbaycanlıları Konqresinin fəaliyyəti barədə məlumatlandırılıb

Alimlər kvant kompüteri vasitəsilə ilə öyrəndilər: Dünyanı dəhşətli aqibət gözləyir

İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verdi

Bosfor boğazında gəmilərin keçidi müvəqqəti dayandırıldı

Azərbaycan nefti bahalaşdı

Zelenski ilə görüşəcəyi tarix bəlli oldu

ABŞ Ukraynaya qoşun göndərməyəcək - SƏBƏBİ

“Best Beef”in istehsal etdiyi kolbasa və sosisləri yararsız çıxdı-Alıcılar belə aldadılır….

Bu energetik içkilər xərcəng yaradır……

Azərbaycan bu yolu dəhliz adlandıracaq - Simonyandan yeni iddialar

“Tamstore”də vaxtı keçmiş məhsullar satılır-Fotofakt

İlham Əliyev bu əsasnaməni təsdiqlədi

Prezident sərəncam imzaladı

Bütün xəbərlər