Gündəm

“Köhnə sayğac xarab olsa da, smart qoyulmur”

Məlumdur ki, ölkədə abonentlərin bir hissəsi mexaniki, digəri isə smart tipli qaz sayğaclarından istifadə edir. Bir müddətdir vaxtı keçmiş mexaniki tipli sayğaclarının smartla əvəz edilməsini istəyən abonentlər isə problemlərlə qarşılaşdıqlarını deyirlər. Onların sözlərinə görə, “Azəriqaz” əməkdaşları abonentin istəyinin əvəzinə, onlara yenidən mexaniki tipli sayğac quraşdırır. Buna səbəb kimi isə hazırda ölkədə smart tipli sayğacların olmaması göstərilir.
Bu məqamda vətəndaşların narazılığını nəzərə alaraq, smart tipli sayğacların ölkədə olub-olmaması ilə maraqlandıq. “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirdi ki, hazırda abonentlərin müəyyən qisminin istifadə etdiyi sayğaclar smart yox, smart tipli sayğaclardır: “Bu sayğaclara əvvəlcədən ödəniş etmək mümkün olduğuna görə, onun qabağına smart sözü yazılıb. Həmin sayğaclar tam ağıllı sayılmır. Smart tipli sayğaclar indiyə qədər bazalarda mövcud idi. Hazırda isə ölkədə bəzi anbarlarda smart tipli sayğaclar bitib. Hansı anbarda smart tipli sayğac qalmayıbsa, abonentə mexaniki tipli sayğaclar quraşdırılır. İmkan olduğu təqdirdə abonentlərin istəyi nəzərə alınır.Qeyd edim ki, abonentlər smart tipli sayğaclardan çox şikayət edirdilər. Deyirdilər ki, kartları tez-tez koda düşür və.s. Aydındır ki, smart tipli sayğacların qiyməti mexaniki sayğaclardan bahadır. Ancaq biz yeni sistemə keçirik. Bu ildən bizim tətbiq edəcəyimiz sayğac indiyə qədər olan sayğacların hamısından yaxşıdır”.
E. Vəliyevin sözlərinə görə, 2022-ci ildən başlayaraq “Gəncəcihazqayırma” zavoduna mexaniki tipli yeni sayğacları 10 min ədəd sifariş edilib: “Yeni mexaniki sayğacların üstünə qurğu quraşdırılacaq. Bu sayğaclarda sərfiyyat mərkəzləşdirilmiş qaydada yoxlanılacaq. Sıfırlanmalar növbəti ildən həmin cihazın sayəsində avtomatik şəkildə mümkün olacaq. Hazır olduqda həmin sayğacların effektivliyinə baxacağıq. Cihazlar “Azəriqaz İB”nin hesabına abonentlər üçün qoyulacaq. Sistem özünü doğrultsa, bundan sonra həmin sayğaclardan qoyulacaq. Yanvarın sonundan bu sistemi tətbiq etməyə başlayacağıq”.

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər