Gündəm
Gündəm / Siyasət / Hadisə / Dünya
Almatıda atışma başlanıb, etirazçılar mühasirəyə alınıb
Hurriyyet.az “Sputnik Qazaxıstan” informasiya agentliyinə istinadən xəbər verir ki, yanvarın 6-da Almatı şəhərindəki Respublika meydanında atışma başlanıb. Məlumat agentliyin “Teleqram” kanalında verilib.
Almatıdakı Respublika meydanına 50 ədədə yaxın hərbi texnika, o cümlədən BTR, zirehli avtomobillər, hərbi yük maşınları və silahlı qüvvələr cəlb olunaraq, meydanın perimetri boyunca yerləşdirilib, nümayişçilər mühasirəyə alınıb.
“Sputnik Qazaxıstan” yazır: “Meydanın mərkəzinə 200 nəfərə yaxın silahlı etirazçı toplaşıb, onların bəzilərində odlu silahlar var. Müxbirin verdiyi məlumata görə, 10 dəfəyə yaxın güllə atılsa da, atanlar asayiş keşikçiləri olmayıblar”.
Xəbər verildiyi kimi, Qazaxıstanda yanvarın 1-dən etibarən maye qazın ikiqat bahalaşması kütləvi etirazlara səbəb olub. Hökumət geri addım ataraq, qazı ucuzlaşdırsa da, etirazlar dayanmayıb.