Gündəm

74 yaşlı məzun Füqen Dalkılıc Azərbaycanda

MUMtv.az: - Qadınlar haqqında danışarkən Türk qadınını fərqləndirməmək, Türk qadınına qarşı haqsızlıq olar fikrimcə. Türk qadınını olduğu kimi təsvir etmək kəlimələrə, bir yazıya, yaxud bir videoçarxa, hətta bir filmə belə sığmayacaq qədər geniş mövzudur. Bu arada Bakıda hər kəs üçün maraqlı ola biləcək bir xanım qonaq var. Çox maraqlı həyat hekayəsi və fikirləri ilə diqqətimizi çəkən Füqen Dalkılıcla müsahibəni aşağıda oxuya bilərsiniz. Müsahibimiz orta məktəbi bitirdikdən sonra Ankara Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. Təhsilinin birinci kursunu bitirdikdən sonra, ailə qurub. Həyat yoldaşının işləri ilə əlaqədar tez-tez ölkədən kənarda olmaq gərəkdiyi üçün Füqen xanım təhsilini yarıda buraxmaq məcburiyyətində qalıb. Ardından ana olmaq, övladlarını böyütmək və sair... Bir də baxıb ki, artıq, yaş 70-ə yetişib. Həyat yoldaşının ölüm xəbəri ilə güclü sarsıntı yaşayan Füqen xanım, bu sarsıntı və üzüntüləri üzərindən atlatmaq üçün çox maraqlı və təqdirəlayiq bir addım atıb, yarım qalmış təhsilini ikinci kursdan davam etdirmək qərarına gəlir və bu qərarını reallaşdırır. Artıq, 74 yaşlı Füqen xanım Universitetin hüquq fakültəsinin yeni məzunudur.
Öncə Füqen Dalkılıcın Azərbaycan və Azərbaycan qadınları haqqında fikirləri ilə tanış olduq.



- Füqen xanım Azərbaycan haqqındakı təsəvvürlərizlə, gördükləriniz sizcə biri-birini tamamlayırmı?

- Mən Azərbaycana ilk dəfə Sovetlər dönəmində 1977-ci ildə gəldim. O zaman da Bakı çox gözəl idi. Hər gəlişimdə Bakını daha gözəl, daha fərqli görürdüm. Bu gün Bakı daha çox dəyişib, dünyanın ən gözəl şəhərlərinə rəqibdir. Bu şəhər hər zaman gözəlliyi ilə cazibədardır: dənizi ilə, küləyi ilə, sıcaq-səmimi insanlarıyla ... İçərişəhəri də çox sevirəm. Böyük tarix yaşayır İçərişəhərdə. İlk gəlişimdə də İçərişəhəri gəzmişdim, "Qız qalası"na çıxıb, ordan şəhəri izləmişdim. İndi göydələnlər ucaldılıb. Gözəl istirahət parkları, alış-veriş mərkəzləri və s., baxdıqca göz oxşayır. Azərbaycanı, azərbaycanlıları çox sevirəm. Əminəm ki, ölkənizin bütün rayonları da paytaxt qədər çox gözəldir. Sovetlər birliyi dövründə həyat yoldaşım Türkiyə səfirliyində çalışdığı üçün bir müddət Moskvada yaşadıq. O zaman televiziya kanallarında həmişə Azərbaycan folklorlarını dinləyir, pərəstiş edir, Azərbaycan filmlərini sevə-sevə izləyirdim. Ümumiyyətlə, Qazaxıstan, Özbəkistan və digər türksoylu ölkələrdə də olmuşam, hamısı haqqında da müsbət düşüncələrim var. Azərbaycanla isə bağlarımız kökümüzə, soyumuza söykənir.

- Bəs azərbaycanlılar haqqındakı düşüncələriniz nədir?

- İnsanlar çox mehriban, qonaqpərvər, istiqanlıdırlar. Türk olduğumuz üçün də daha fərqli, daha isti münasibət bəsləyirlər bizə. Dinimiz, dilimiz birdir. Tarixi bağlarımızı və qardaşlığımızı insanların münasibətində o qədər səmimi hiss edirəm ki, sözlə ifadə etməkdə çətinlik çəkirəm.

- Azərbaycan qadınları haqqında fikirləriniz necədir?

- Bakıda gördüyüm, tanıdığım bütün Azərbaycan qadınlarını modern, savadlı, çalışqan gördüm. Hər işə hakim olmağı bacaran, güclü qadınlarınız var, deyə düşünürəm. Ən üstün fərqliliklərindən biri də çox gözəl, baxımlı olmalarıdır. Özlərini cəmiyyətdə layiqincə, bütün sahələrdə təmsil edirlər. Gözəl ana, gözəl nənədirlər. Belə çalışqan, zəhmətkeş qadınları olduğu üçün Azərbaycan xalqı çox şanslıdır. Və ən önəmlisi hər işdə uğura imza atan qadınlarınız möhkəm ailə dəyərlərini də yaşatmağı, gələcək nəsillərə ötürməyin öhdəsindən layiqincə gəlirlər. Bu baxımdan gerçəkdən toplum olaraq şanslısınız.

- Sizcə sizin bu yaşda ali təhsil almağınızın, universitet məzunu olmağınızın qadınlara nə kimi təsiri ola bilər?

- Örnək olduğumu düşünürəm. Rəfiqələrim mənə "İdealımızsan" deyirlər. Bu da məndə özgüvən hissini daha da artırır. Qadınların güclü olmasını, hər şeyin öhdəsindən təkbaşına gəlməyi bacarmalarını istəyirəm. Türkiyədə qadınlar üzərində hökmranlıq, qadına şiddət hələ də var. Bunların olmaması üçün qadınların savadlı və güclü olmaları gərəkdiyini düşünürəm. O səbəbdən də qadınların güclü olmalarını istəyirəm və türk qadınının bütün uğurlarını alqışlayıram. Digər tərəfdən insanların hər yaşda təhsil almasının mümkünlüyünü təsdiq etdim. Ayrıca uğur qazanmaq, çalışmaq, təhsil almaq, yüksəlmək 60 yaşların üzərində olan insanlar üçün ciddi motivasiyadır. Yaşam enerjisini gücləndirir, həyat eşqini artırır.

- Füqen xanım, müasir dövrdə diplom əldə etmək o qədər də çətin deyil. Çoxları diplom ala bilir. Lakin, əksəriyyət ya sahib olduğu diplom üzrə çalışmır, ya da ümumiyyətlə çalışmır. Belə bir halda mütləq diplom almaq cəsarəti və israrı hardan qaynaqlanır?

- Doğru, fikriniz bütün dünyadakı reallığı əks etdirir. Gerçəklikdir ki, çoxları diplomu üzrə çalışmır. Amma, insanın öz biliyi, məqsədi ilə bir diploma sahib olması, bir növ həm də onun özünü cəmiyyətə sübut etməsidir. Yəni, insan çox böyük qürur hissi ilə "mən bunu bacardım" demiş olur. Eyni zamanda diplomun bəzi qapıları açmaq üçün açar olduğunu düşünürəm. Diplom həm də sahib olduğumuz elmi biliklərin, savadın sübutudur. Qarşıda məni daha bir illik təcrübə gözləyir. Həmin təcrübəni keçdikdən sonra vəkil olmaq niyyətindəyəm. "Mən hüquq məzunuyam" demək bir başqa duyğu, "mən vəkiləm" demək tamam başqa bir duyğudur. Allah izn verirsə, mən o duyğunu da özümə yaşadacağımı bacaracağıma əminəm.

İnşallah deyirik , Füqen Dalkılıca Allahdan uzun, sağlam ömür və planlarını reallaşdırmasını arzulayırıq.

DogruXeber.az

74 yaşlı məzun Füqen Dalkılıc Azərbaycanda


74 yaşlı məzun Füqen Dalkılıc Azərbaycanda

74 yaşlı məzun Füqen Dalkılıc Azərbaycanda

74 yaşlı məzun Füqen Dalkılıc Azərbaycanda

74 yaşlı məzun Füqen Dalkılıc Azərbaycanda

74 yaşlı məzun Füqen Dalkılıc Azərbaycanda


Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər