Gündəm

"Belə olan halda Samir Nuriyev özü barədə hansı tədbir görə bilər?.." - GİLEY

“Qardaşının hesabına vəzifəyə gətirilən Samir Nuriyev vətəndaşlara qənim kəsilib, qanunları saya salmır, idarəni öz şəxsi ofisi hesab edir. İş harasıdır ki, onun qanunsuz fəaliyyəti barədə nazirliyə göndərilən şikayət ərizələrinin araşdırlmasını nazirlik onun özünə həvalə edir”.
Teref.az xəbər verir ki, bu sözləri Ucar rayonu Yuxarı Şilyan kənd sakini Əfqanstan müharibəsi veteranı Yusifov İlqar Veysəl oğlu Bizimyol.info-ya ünvanladığı şikayət məktubunda qeyd edib. İlqar Yusifovun sözlərinə görə, Dövlət Məşğulluq Agentliyinin 19 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri Samir Nuriyevin qardaşı Elşən Nuriyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyir.

“Belə olan halda Samir Nuriyev özü barədə hansı tədbir görə bilər ? Bütün bunları isə Samir Nuruyevin nazirlikdə yüksək vəzifədə işləyən qardaşı Elşən Nuriyev edir. Bu isə korrupsiya cinayətidir.

Mən şikayət ərizəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib 2019-cu il tarixdən özünüməşğulluq proqramına qeydiyata alındığımı bildirmişdim.Həmin ildən qeydiyata alınsamda indiyə qədər aktivlə təmin olunmadığımı məndən çox sonra qeydiyyata alınanların isə aktivlərlə təmin olunduqlarını göstərmişdim.

Bundan sonra Dövlət Məşğulluq Agentliyinin 19 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri Samir Nuriyev mənə qanunsuz olaraq imtina cavab məktubu göndərmişdir.

İmtina məktubunda qeyd edilib ki, "26 avqust 2021-ci il tarixdə filialın əməkdaşları tərəfindən yaşadığınız ünvana baxış keçirilərkən təsərrüfatınızda heyvanların saxlanılmasını sübut edən izlər aşkar olunmuşdur".

Bu tam yalan uydurma imtinadır ki, Dövlət Məşğulluq Agentliyinin 19 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri Samir Nuriyev qanunsuz və qərəzli olaraq mənə şikayət ərizələrimdən sonra 18 oktyabr 2021-ci il tarixdə göndərmişdir. Həmçinin məni Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı onlayn qaydada qəbul edib bu sözləri dedi ki, “Ucar rayon icra hakimiyyəti başçısı arayış verib bildirib ki, yaşadığınız ünvana baxış keçirilərkən təsərrüfatınızda heyvanların saxlanılmasını sübut edən izlər aşkar olunmuşdur”.

Mən bundan sonra Ucar rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovun qəbulunda olub bu barədə soruşduqda mənə şəxsən bildirdi ki, qətiyyən mümkün deyil ki, Ucar rayon İcra Hakimiyyəti və ya kənd üzrə nümayəndəlik belə bir yalan arayış versin, problemin kökünü məşğulluq xidmətində axtarın. İcra başçısı həmin vaxt Yuxarı Şilyan kənd icra nümayəndəsinə zəng edib tapşırıq verdi ki, məsələni yerində araşdırıb arayış təqdim edin. Bundan sonra Yuxarı Şilyan kənd icra nümayəndəliyi təkrar baxış keçirib arayış verdi. Həmin arayış tam sübut edir ki, Dövlət Məşğulluq Agentliyinin 19 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri Samir Nuriyev mənə qarşı saxtakarlıq edib.

Şikayətçinin sözlərinə görə, onun təsərrüfatında uzun illərdir ki, heyvan saxlanılmır bunu təsdiq edən Ucar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Şilyan kənd İnzibati Ərazi üzrə Nümayəndəliyinin 2 arayışı var.

“Bunun biri 08 yanvar 2021-ci il tarixdə digəri isə 19 noyabr 2021-ci il tarixdə təqdim edilib. Həmçinin qonşular bunu təsdiq edə bilərlər ki, mənim həyətimdə uzun illərdir (təxminən 10 ildir) iri və xırda buynuzlu heyvan saxlanılmır.

Yuxarıda qeyd etdiyim kimi barəsində şikayət etdiyim üçün Dövlət Məşğulluq Agentliyinin 19 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri Samir Nuriyev mənə qarşı aşıq-aşkar qanunsuzluq edib belə bir saxta qanusnuz imtina məktubu göndərmişdir. Bu adam vəzifə səlahiyyətlərindən sui-istifadə edib korrupsiya əməlləri ilə məşğul olur.

Buna görə də nazirlik səviyyəsində komissiya yaradılıb şikayət ərizəm yerində mənim iştirakımla obyektiv yoxlanılıb korrupsiya əməlləri ilə məşğul olan Dövlət Məşğulluq Agentliyinin 19 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri Samir Nuriyevin barəsində qanunu və ciddi tədbirlər görülməlidir. Ancaq bunun qarşısını qardaşı Elşən Nuriyev alır. O qardaşını qoruyur deyə biz vətəndaşlar süründürməçiliyə məruz qalmışıq.

Samir Nuriyev hansı sübutu ortaya qoya bilir ki, mənim həyətimdə heyvan izləri var. Belə bir subut fakt yoxdur. Sadəcə kim özünü məşğulluq proqramına qoşulub tez bir zamanda aktivlə təmin olunmaq istəyirsə rüşvət verməlidir. Belə olmasaydı tanıdığım Ucar rayon sakinləri var ki, onların təsərürüfatında bir neçə baş iri buynuzlu heyvanların olmasına baxmayarq onlara özünüməşğulluq proqramı əsasında iribuynuzlu heyvanlar verilib. Çünki onlar rüşvət veriblər. Yerində nazirlik səviyyəsində yoxlama aparılarsa, göstərəcəyəm.

Xahiş edirəm nəzərə alıb nazirlik səviyyəsində komissiya yaradıb şikayət ərizəm yerində mənim iştirakımla obyektiv yoxlanılıb korruspiya əməlləri ilə məşğul olan Dövlət Məşğulluq Agentliyinin 19 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri Samir Nuriyevin barəsində qanunu, ciddi tədbirlər görəsiniz və xırda buynuzlu heyvanlarla təmin olunmağıma köməklik göstərəsiniz”,-deyə şikayətçi bildirir.

Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinə sorğu göndərsək də, cavab ala bilmədik.

Qeyd edək ki, adı çəkilən Dövlət Məşğulluq Agentliyinin 19 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri Samir Nuriyevlə bağlı daha əvvəl də redaksiyamıza şikayət məktubu daxil olmuşdu və Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin müdiri Mayis Musayev Bizimyol.info-ya açıqlaması zamanı şikayəti göndərən vətəndaşların ərazi məşğulluq filialından narazılıqlarının olmadığını, onların fikirlərinin təhrif olunduğunu bildirmişdi.

P.S. Şikayətçilərin şəxsiyyətini və hərbi mükəlləfiyyətini təsdiqləyən sənədlərin və müvafiq arayışların surətləri şikayət məktubuna əlavə edilib.

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər